"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Demokratik seçki olsa, İran türk dövlətinə çevriləcək

03 Mart 2016 - 11:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İran parlamentində yaz sessiyası

İran Məclisinə deputatlığa namizəd: İranda öz millətini düşünən azərbaycanlılara seçilmək haqqı verilmir

İranda keçirilən son parlament seçkiləri nəticəsində artıq 220 millət vəkilinin kimliyi məlumdur. 140 namizəd isə apreldə keçiriləcək ikinci turda 70 yer uğrunda mübarizə aparacaq. İran parlamentindəki 290 yerə, bu ölkədə demoqrafik üstünlükdə olan Azərbaycan türkləri cəmi 75 namizədlə qatılmaq imkanına malik olub. O namizədlərin də böyük əksəriyyəti ikinci turda mübarizə aparmalı olacaq. Maraqlıdır ki, İran əhalisinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılar parlamentdəki yerlər uğrunda mübarizəyə niyə bu qədər az maraq göstərirlər? Sputnik bu məsələyə aydınlıq gətirmək üçün son seçkilərdə İranın Sulduz mahalının Naghadeh və Oşnəviyə bölgəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Abdullah Abbasi Cavanla söhbətləşib. İranlı namizədlə müsahibəni təqdim edirik.

Абдулла Аббаси Джаван
© FOTO: ABDULLAH ABBASİ CAVAN
Абдулла Аббаси Джаван

– Abdullah bəy, Sizcə niyə 290 yerlik İran parlamentinə seçkidə bu qədər az azərbaycanlı iştirak edib və seçilib?

– İran parlamentində Azərbaycan türklərinin neçə yer qazandıqları dəqiq olaraq bəlli deyil. Çünkü İranda heç vaxt bu barədə rəsmi açıqlama verilmir. Yəni vəkillərin etnik tərkibi camaata açıqlanmır. Təkcə bunu demək mümkündür ki, Şərqi Azərbaycandan 19, Qərbı Azərbaycandan 12, Ərdəbildən 7, Zəncandan 5, Həmədandan 9 azərbaycanlı vəkil Məclisə daxil olub. İranın başqa yerlərində də ən azı bu qədər türk vəkilin Məclisə girmək şansı var. Məclisə girənlər Azərbaycanlı olduqları halda, onları millətin gerçək vəkilləri hesab etmək olmaz. Çünkü öz dilinə və millətinə sahib çıxan Azərbaycan türklərinə həm Güney Azərbaycanda, həm də İranın başqa yerlərində seçkilərə qatılmaq haqqı verilmir. Bu səbəbdən də İran parlamentində azərbaycanlı olsa da, Azərbaycan türklərini təmsil edən və azərbaycanlıların haqqını müdafiə edən kimsə olmur.

– Abdullah bəy, bəs hökumətə bağlı olmayan azərbaycanlılar ali qanunverici orqanda yer tutmaq istəyini ifadə edirlərmi?

– İlk öncə sizə buranın seçim sistemini açıqlamaq istəyirəm. Burada olan seçkilər gerçək seçkilər deyil. Bunun dünyada qəbul olunmuş normal demokratik seçki ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. Bu dəfəki seçkilərdə 6000 insan namizədliyini irəli sürmüşdü, yəni adını namizəd siyahısına yazdırmışdı. Amma bunların yarıdan çoxu səsverməyə buraxılmadı. Burada Şuraye-nigəhban adında bir Dövlət İdarəsi var. Namizədlərin adları o idarəyə göndərilir. O idarə də yazılanların arasında istədiyini seçər, kiminə seçimlərə qatılmaq izni verər, kiminə də verməz.

The assembly hall of the Iranian Parliament (the Islamic Consultative Assembly - Majlis) in Tehran
© SPUTNİK/ VLADİMİR FEDORENKO
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır

Misal üçün deyim ki, Güney Azərbaycanı sevən və Güney azərbaycanlıların haqqını müdafiə etmək istəyən kimsəyə seçimlərə qatılmaq izni verməzlər. Belə bir sistemdə seçimlər, əslində bir oyundan başqa bir şey deyil. Bu, sanki bir kinodur, şoudur ki, dünyaya göstərsinlər ki, guya bizdə də seçki var. Mən özüm namizəd olmaq üçün Şuraye-nigəhbana müraciət etmişdim. Amma mənə seçimlərə qatılmaq izni vermədilər.

– Sizə izn verməmələrini nə ilə izah etdilər?

– Dedilər ki, sizin İslam dininə və ölkənin ali rəhbərliyinə, liderlərə bağlılığınız olmadığına görə, seçimlərə qatılmaq haqqınız yoxdur. Bu ən son gətirdikləri bəhanə idi, təbii ki.

– Yəni seçkiyə qatılmaq haqqını Konstitusiya deyil, Şuraye-nigəhban üzvü verir?

– Bəli, İranda seçimlərə qatılmaq icazəsini Şuraye-nigəhban verir. Bundan öncə də mənə demişdilər ki, siz müxalif qruplara bağlı olduğunuz üçün seçimlərə qatılmaq haqqınız yoxdur. Yəni seçilmək üçün hakimiyyətin yanında olmaq lazımdır, müxalifətdə olmaq İran vətəndaşlarını bir çox hüquqlardan, eləcə də seçki hüququndan məhrum edir. İranın demokratiya anlayışı belədir.

– Siz deyə bilərsizmi ki, hazırda ümumən İranda nə qədər azərbaycanlı yaşayır? Rəsmi rəqəmlər azərbaycanlıların İran əhalisinin 52%-ni təşkil etdiyini göstərir. Bəs sizcə realda nə qədərdir?

– İranda bir Azərbaycan türkləri var, bir də türk olub İranın fərqli yerlərində yaşıyanlar. Burada Qaşqay, Baharlı, Xorasan və s. türkləri var. İranın butun bölgə və şəhərlərində türklər yaşamaqdadır. İranda türklərin sayı, daha doğrusu, özünə türk deyənlərin sayı 25-35 milyon arasındadır. Burada türklərin sayı rəsmi olaraq dəqiq deyilməsə də, İran əhalisinin yarısından çoxu türkdür. Bura türkmənləri də əlavə etsək, İranda türklər say etibarilə mütləq üstünlükdədirlər.

– Onda belə çıxır ki, türklər parlament çoxluğunu qazanarlarsa, İranı bir türk dövlətinə çevirə bilirlər. Bəs niyə türklər buna cəhd etmirlər, birləşib onlara seçilmək imkanı verməyən rejimə qarşı mübarizə aparmırlar?

– Burada durum çox fərqlidir. Burada 5 insan bir yerə yığışıb bir qeyri-hökumət təşkilatı qurmaq istəsə, hamısını tutub həbsə atarlar. Necə ki, bizim dostlardan bir çoxu bu məsələyə görə indi zindandadırlar.

– Qərb dövlətləri İrana qarşı sanksiyaları aradan qaldırmaq qərarını verib, artıq qarşılıqlı əlaqələr qurulur. Bundan sonra İranda insan haqlarının yaxşılaşacağına ümid edirsiz?

– İrana insan haqları və demokratiya heç bir zaman gələ bilməz. Ona görə ki, bura demokratiyanın gəldiyi ilk gün bir Türk dövlətinə çevrilər. Əgər düzgün bir seçki olsa, İran insan haqlarına istinad edən, demokratik bir türk dövlətinə çevrilər. Burada qatı bir fars şovinizmi olduğuna görə, heç zaman insan haqlarına izn verilməz. Çünkü demokratiya və insan haqları gəldiyi zaman, fars şovinizmi getməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`İlham Əliyev həmkarlarına dəvətnamə göndərib` – Nazir

Next Post

`Qarabağın tez bir zamanda həlli vacibdir` – ABŞ səfiri

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Qarabağın tez bir zamanda həlli vacibdir` - ABŞ səfiri

Prezidentin Roqozinlə görüşündə nələr müzakirə olundu? - Təfərrüat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.