"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Jurnalistlərin binasında evini kirayə verən şəxs bəlli oldu

21 Avqust 2014 - 09:20
in Kateqoriyasız

Vüqar Səfərli: “İctimai qınağı həmkarları yarada bilər ki, evsiz jurnalistlər qıraqda qala-qala niyəimg1622349 sizə verilən evi kirayəyə verirsiz?”

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

“Yeni Müsavat”a daxil olan məlumata görə, jurnalistlər üçün Bibiheybət qəsəbəsində tikilən çoxmərtəbəli binada bəzi evlər kirayəyə verilib. Bu haqda məlumatı binada yaşayan jurnalistlərin bir qismi təsdiqlədi. Amma bu addımı atanlardan biri kirayənişin olaraq pakistanlı bir iş adamını seçib.

Əməkdaşımız bu xəbəri avqustun 19-da öz facebook statusunda paylaşandan sonra bəzi həmkarlar bununla maraqlanıb və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlidən münasibət öyrənib.
“Yeni Müsavat” isə bu xəbərin bəzi detallarını üzə çıxarıb. Dəqiqləşdirmələr zamanı məlum olub ki, evini pakistanlı iş adamına kirayəyə verən şəxs “Azad Azərbaycan” qəzetinin redaktoru Abbasov Asəf Əliş oğludur. Onun evi 3 otaqdan ibarətdir və bir neçə aydır ki, evində kirayənişin yaşayır. A.Abbasov baş redaktor olmaqla yanaşı, onun adı bəzi mənbələrdə ATXƏM (Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi) sədrinin İdeoloji məsələlər üzrə müavini kimi də qeyd edilib.
Bundan başqa, sözügedən binada evini kirayəyə verən, buna hazırlaşan jurnalistlər də az deyil. Binada iki otaqlı, əşyasız evlər 400-450 manat civarında kirayəyə verilir. 3 otaqlı evin kirayəsi isə 600 manatdan az deyil. Kirayə məbləğinin yüksək olması mənzilin təmirli, şəhərin yaxşı yerində, dəniz mənzərəli olması, habelə qaz, işıq, suyunun fasiləsiz verilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, uşağının oxuduğu məktəbə, iş yerinə uzaq olduğu üçün bir çox jurnalist hələ də öz mənzilinə köçə bilmir. Hətta bu səbəbdən evini kirayəyə verib, kirayə yaşadığı evin haqqını ödəmək istəyənlər də var. Bəzi jurnalistlərin, redaktorların isə evə köçməməsinin səbəbi onların bu mənzilə ehtiyacının olmamasıdır. Bir qism isə əşyasız evə köçə bilmədikləri üçün əziyyət çəkir. Yeni evə köçmək üçün yeni texniki avadanlıqlar, mebel əşyaları tələb olunur. Bu isə kifayət qədər ciddi məbləğdir ki, heç də bütün həmkarlar həmin yükün altına girə bilmir.
Amma “Azad Azərbaycan” qəzetinin baş redaktoru A.Abbasovun nümunəsində hansı problemin olması qaranlıq qaldı. Əməkdaşımız gün ərzində bir neçə dəfə sözügedən qəzetin redaksiyası ilə əlaqə saxladı. Özünü qəzetin işçisi kimi təqdim edən xanım bildirdi ki, bu gün “Azad Azərbaycan” nəşr olunmadığı üçün baş redaktor da redaksiyada yoxdur. Günün əvvəlindən sonuna qədər dəfələrlə cib telefonuna zəng edib, mesaj yollasaq da, baş redaktor onların heç birinə cavab vermədi.
Bütün hallarda onun bu məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
KİVDF sədri Vüqar Səfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu hallara qarşı təmsil etdiyi qurumun hər hansı müdaxilə imkanı yoxdur. Belə ki, jurnalistlərlə bağlanan müqavilədə həmin evin başqasına kirayə verilməməsi ilə bağlı hər hansı şərt yer almayıb: “Bu evlər jurnalistlərə xidməti evlər kimi verilib. Nə özəlləşdirə, nə də sata bilərlər. Onlara evin ”kupça”sı verilməyib. Amma sizə deyim ki, adını çəkdiyiniz şəxsdən başqa adamlar da o binadakı evini kirayəyə verib. Soruşanda da deyirlər ki, mən özüm başqa evdə kirayədə qalıb, bu evi də kirayəyə verirəm”.
Müsahibimiz hesab edir ki, ehtiyacı olmadığı halda jurnalistlərin binasından ev alıb, daha sonra onu kirayə verən baş redaktordan bu hərəkətinin səbəbini həmkarları soruşmalıdır: “O sualı ona verin ki, niyə jurnalistlərin arasına bir əcnəbini sıxışdırırdın?
Biz onlarla xidməti müqavilələr bağlamışıq. Ancaq xidmət, özü də daxilə yox, xaricə xidmət. Suyun, işığın verilməsi, mühafizə, həyətin süpürülməsi kimi xidmətlər. Bir də ki, müqavilədə qeyd olunub ki, evin fasadında, evin içində dəyişiklik edə bilməzlər. Amma müqavilədə evini kirayəyə verməməsi ilə bağlı hər hansı bənd yoxdur. Ona görə də biz ona bu barədə sözarası deyə bilərik. İctimai qınağı isə ancaq həmkarları yarada bilər ki, evsiz jurnalistlər qıraqda qala-qala niyə sizə verilən evi kirayəyə verirsiz?”
Mövzunu davam etdirəcəyik.
Tags: SOSİAL
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhsil nazirinin çılpaq şəkilləri yayıldı

Next Post

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Yaponiyada 5,3 bal gücündə zəlzələ baş verib

ABŞ polisi Türkiyəli jurnalisti döyərək, həbs edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.