Live News, Reqnumun və ANS-in menyüsunə
Bir neçə gün qabaq Azərbaycan saytları Rusiya və Ukrayna saytlarına istinadən Moskva metrosunun “Oktyabr meydanı” stansiyasında partlayışla bağlı xəbər yaymışdı. Sonra məlum olmuşdu ki xəbər yanlışdı və istifadə edilən video və foto materiallar 2010 – cu ildəki terror aktına aid olub. Bu vəziyyətdən sonra saytlarin bəziləri xəbəri yıgışdirsalar da bəzilərı xəbərin təsdiq olunmadığını elə həmin xəbərdə yaydılar. O cümlədən Elchi.az saytı olararaq biz də həmin materialın içində yayilan xəbərin öz təsdiqini tapmadığını yazmaqla, xəbəri yığışdırmamağa qərar verdik. Bundan sonra Rusiyanın aparıcı saytlarından olan “Reqnum” Azərbaycan saytlarını təxribatda ittiham edən material yerləşdirdi. Ardınca isə “Live news” saytı “mədəni şəkildə” bu materialı yerləşdirən Azərbaycan saytlarını təxribata uymaqda “məzəmmət” elədi. Azərbaycanın aparıcı telekanallarindan olan ANS isə “düşmən dəyirmanına su tökən” yerli saytlari “eninə yuyub uzununa sərdi”. Yerli saytlar qeyri peşəkarlıqda suçlandı bəzi nüanslarda isə təhqir olundu. Rus saytlarını başa düşsək də ANS-in bu məsələdə “saç yolub sinə dağlamasını” anlaya bilmədik. Əslində ANS də başa düşülən idi. Onlar da rəqibləri olan ATV kanalına məxsus news.atv.az saytının yanlışından tutmuşdular. Bir sözlə hər kəs “öz kecəlini qaşıdı”. Olsun. Götürəndə hamı haqlı idi.
İndi bizi başqa bir olay maraqlandırır: dünən yəni martın 4-də Rusiyanın aparıccı xəbər agentliyi TASS skrində gordüyünüz xəbəri paylaşıb. Xəbərin içində də görünür ki, xəbər 17 fevralda Ankarada törədilən məlum terror hadisəsinə aiddir. İndi sual edirəm bu nədir? Xəbərçilikmi? Nədən ermənilərin “Reqnum”unun “zurnasını çalan” ANS susur. Professionallıgınız bura qədərdirmi? Hünəriniz çatır, vurun də TASS-ı. Günahlandirin qeyri peşəkarlıqda. Deyin də təxribatçıdılar. Edə bilməzsiniz. Nədənini isə özunuz daha yaxşı bilirsiniz.
Zəruri qeyd: ANS-in aparıcısı olan göyçək qızı da başa düşdük. O da “öz keçəlini qaşıyırdı”. Eynulla Fətullayevi heç başa düşmədik. Saytları hər nədəsə suçlamaq olar. Elə özünün rəhbəri olduğu Haqqın.az saytı da haqlı – haqsiz az təzyiqə məruz qalmayıb. Amma aşagılamaq, təhqir etmək olmaz. Nə isə… Keçmiş olsun…
Əli Həziquliyev
Dünən TASS-da yayılan material!!!!!!
СМИ: в Анкаре прогремел мощный взрыв в военном общежитии, есть раненые
4 марта, 11:44 UTC+3
На место инцидента проследовали пожарные расчеты и полиция
АНКАРА, 17 февраля. /Корр. ТАСС Кирилл Жаров/. В Анкаре в центральном районе Чанкая прогремел взрыв. Как передает корр. ТАСС с места событий, предположительно, взрыв произошел в одном из зданий.
В настоящее время видны пламя и клубы дыма, которые поднимаются в воздух. На место инцидента проследовали пожарные расчеты и полиция. Причина пока неизвестна.
По данным агентства Reuters, мощный взрыв прогремел в общежитии для военных, многие получили ранения.
Подробнее на ТАСС:
http://tass.ru/mezhdunarodnaya-panorama/2676647




