"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bu rejimin ömrü uzun olmayacaq”

07 Mart 2016 - 13:08
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İran parlamentində yaz sessiyası

“İranda o adamlar namizəd ola və seçilə bilirlər ki, onlar Nəzarət Şurasının, Daxili İşlər Nazirliyinin və təhlükəsizlik orqanlarının süzgəcindən keçə bilirlər. Nəticədə 70-75 nəfər, Tehran hakimiyyətinin istədiyi sayda azərbaycanlı parlamentə keçə bilir”

İranda keçirilən seçkilərə Azərbaycan cəmiyyəti xeyli dərəcədə həssaslıqla yanaşır. Bunun bir səbəbi Qərb dövlətlərinin İrana qarşı sanksiyaları qaldırması fonunda, bu ölkənin demokratikləşəcəyinə bağlanan ümidlərlə bağlıdırsa, digəri də prezident İlham Əliyevin Tehrana son səfəri kontekstində iki ölkə arasındakı münasibətlərdə yeni üfiqlərin açılmasına bəslənən ümidlərdir. Üçüncü və ən əsas səbəb isə, təbii ki, İranın ali qanunverici orqanında bu ölkədə demoqrafik üstünlükdə olan azərbaycanlıların nə qədər mandat qazanacağıdır.

Seçkilərin 1-ci turunun nəticələri artıq məlumdur. İran parlamentinə 220 millət vəkili artıq seçilib. 140 namizəd isə apreldə keçiriləcək ikinci turda qalan 70 yer uğrunda mübarizə aparacaq. İran parlamentindəki 290 yerə, bu ölkədə demoqrafik üstünlükdə olan Azərbaycan türkləri cəmi 75 namizədlə qatılmaq imkanına malik olub. O namizədlərin də böyük əksəriyyətinin ikinci turdan keçib-keçməyəcəyi bəlli deyil. Maraqlıdır ki, azərbaycanlılar İran parlamentindəki yerlər uğrunda mübarizəyə niyə bu qədər az maraq göstərirlər? Sputnik bu barədə Güney Azərbaycan mövzusu üzrə siyasi ekspertlərə müraciət edib.

Sədrəddin Soltan, siyasi ekspert
Sədrəddin Soltan, siyasi ekspert

Siyasi ekspert Sədrəddin Soltandeyib ki, son dövrlərdə İranda Azərbaycan türklərinə qarşı sıxışdırma siyasəti yürüdülür. Güney Azərbaycanın Türkiyə və İranla həmsərhəd ərazilərinə, onun bu ölkələrlə əlaqəsini kəsmək üçün kürdlər yerləşdirilir. Güney azərbaycanlılara qarşı diskriminasiya siyasətdə də hiss edilməkdədir. Ekspertin fikrincə, başqa səbəb Güney azərbaycanlıların İranda gedən prosesləri, eləcə də seçkiləri boykot etmələridir: “Azərbaycanlılar İranın siyasi proseslərində, seçkilərdə zəif iştirak edirlər. Sonuncu seçkilərin bir məqamı da bununla bağlıdır. İkinci tərəfdən, İranda seçki ədalətli keçirilmədiyindən, burada hər kəsin öz namizədliyini verib keçməsi məsələsi də real deyil. Yəni, azərbaycanlılar demoqrafik üstünlükdədirlər, istənilən adam namizədliyini verə bilər və keçə bilər məsələsi mümkün deyil”.

“O adamlar namizəd ola və seçilə bilirlər ki, onlar İran Nəzarət Şurasının, İran Daxili İşlər Nazirliyinin və İran təhlükəsizlik orqanlarının süzgəcindən keçə bilirlər. Yalnız belə adamları seçkiyə buraxırlar. Nəticədə 70-75 nəfər, Tehran hakimiyyətinin istədiyi sayda azərbaycanlı parlamentə keçə bilir. Bu, yerli əhalinin istəyinə, seçiminə bağlı deyil”, —deyə ekspert bildirib.

S.Soltanın sözlərinə görə, İranda ümumiyyətlə, seçkilərin azad və demokratik keçirilməsindən danışmaq olmaz: “Bu seçkilərdə əsasən hakimiyyət təmsilçiləri bloklar yaradırlar, seçkini təşkil edirlər. Hakimiyyətin Nəzarət Şurası deyilən qurumu var. Bu qurum ölkənin bütün məsələlərini həll edir. Prezidentin, parlamentin qəbul etdiyi bütün qərarlar Şuraye-Nigəhban adlanan bu qurum tərəfindən hazırlanır. O, təsdiq etməsə, nə prezidentin, nə də parlamentin qəbul etdiyi qərarlar qüvvəyə minə bilməz. Hətta 12 nəfərlik bu qurumun bütün üzvlərinin razılığı olmadan, heç bir iddiaçının parlamentə, yaxud da prezidentliyə namizədliyi təsdiqlənə bilməz. Yəni bunların hamısı rəsmi şəkildə bu süzgəçlərdən keçməlidir”.

Ekspertin dediyinə görə, İranda demokratiyadan o vaxt danışıla bilər ki, orada siyasi partiyalar hakimiyyət uğrunda mübarizə apara, seçkiyə öz namizədləri ilə qatıla bilsinlər: “Lakin bu ölkədə hakimiyyət uğrunda mübarizə getmir. Hakimiyyətdə iki xətt var: biri islahatçı adlanan xətt, digəri də sərt adlanan mühafizəkar xətt. Mübarizə bu iki xətt arasında gedir. Bir dəfə biri qalib gəlir, bir dəfə də o biri”.

Seçilən azərbaycanlıların da məhz rejimə xidmət etdiklərini, onların azərbaycanlılara heç bir xeyrinin olmadığını vurğulayan S.Soltan həmçinin deyib: “Kim ki, hakimiyyətin siyasi, ideoloji xəttinə xidmət edir, onu seçirlər. Üstəlik, bu proseslərdə Azərbaycan türkləri bir qədər boykot etmiş kimi çıxış edirlər. 1998-ci ildə Mahmudəli Çöhrəqani namizədliyini verdi, onu qeydiyyata belə almadılar. Sonrakı dönəmlərdə başqa ictimai-siyasi fəallar da namizədliklərini irəli sürüblər, onları da qeydə almayıblar. Belə olan təqdirdə, xalq bu seçki kampaniyalarına qatıla, yaxud bunların nəticələrinə inana bilər?!”.

Aqil Səmədbəyli, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri
Aqil Səmədbəyli, “Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasının sədri

“Bütöv Azərbaycan Birliyi”nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli isə bildirib ki, İran rejimi dünyadakı mövcud rejimlər içərisində ən despot rejimlərdən biridir: “Orada seçkilər əsla demokratik ola bilməz. Orada seçki tam hakim rejimin nəzarətində olur və kimlərin namizəd olacağını da öncədən rejim müəyyənləşdirir. İndi İran daha çox ehtiyatlı davranır, parlamentdə mümkün olduğu qədər azərbaycanlıların az olmasını istəyir. Ona görə də belə bir nəticə ortaya çıxır”.

Güneydəki azərbaycanlıların öz seçki hüquqlarının bərqərar olması üçün niyə mübarizə aparmadıqları barədə sualı cavablandıran A.Səmədbəyli deyib ki, güneyli qardaşlarımız mümkün olan her şeyi edirlər: “O şərtlərdə mübarizə aparmaq qəhrəmanlıq tələb edir. Bizim qardaşlarımız da qəhrəmanlıq edirlər. Zamanı gəlincə, daha çox iş görəcəklərinə inanıram”.

Beynəlxalq sanksiyaların qaldırılması fonunda İranda insan hüquqlarının vəziyyətinin necə olacağını proqnozlaşdıran A.Səmədbəyli “Sanksiyalar insan haqları ilə bağlı idi. Bundan sonra İran üçün bir tərəfdən asan, başqa bir tərəfdən isə çətin olacaq. Dünyaya açıq bir zamanda bugünkü rejimin ömrü çox da uzun olmayacaq” deyə əlavə edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Rusiya ilə razılaşmaq niyyətində deyilik` – Ruhani

Next Post

Diaspor Komitəsi XİN-ə birləşdiriləcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Diaspor Komitəsi XİN-ə birləşdiriləcək

Azərbaycanda hazırda 5062 KİV var

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.