Türkiyənin Ərzurum Prokurorluğu nurçuların lideri Fətullah Gülən və onun qardaşı Saleh Gülən barəsində həbs qərarı çıxarıb.
Türkiyə mətbuatı xəbər verir ki, F.Gülən və qardaşı PYD terror qruplmasına dəstək verməkdə ittiham olunaraq barələrində “Silahlı terror qruplaşmasına dəstək olmaq”, “Konstitusiyanın tələblərini pozmaq” və “Dələduzluq” maddələri üzrə cinayət işi açılıb.
Qeyd edək ki, martın 4-də İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında Fətullah Gülənin aparıcı mətbuat orqanı olan “Zaman” qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul etmişdi.




