Paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında yerləşən sürət portalında metronun “Koroğlu” stansiyası istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.
Bu barədə virtualaz.org-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.
Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.