"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Müdafiə Sənayesi Nazirliyinin keyfiyyətsiz silah-sursatı hərbçilərə ciddi problemlər yaradır

07 Mart 2016 - 22:59
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki müəssisələr barədə ciddi faktlar ortaya çıxıb. Belə müəssisələrdən biri də nazirliyin tabeliyindəki “Üfiq” İstehsalat Birliyidir.

Məlumata görə, “Üfiq” Müdafiə Sənayesi Nazirliyinin (MSN) ən önəmli müəssisələrindən biri olsa da, son illər onun rəhbərliyi daha çox neqativ fəaliyyəti ilə gündəmə gəlir.

Məlumatda bildirilir ki, bundan əvvəl də bu qurumun fəaliyyətindəki neqativ məqamlarla bağlı mətbuatda xeyli yazılar dərc olunub.

“Reytinq”ə bu qurumun rəhbər şəxslərinin yarıtmaz fəaliyyəti və bu səbəbdən də orduda meydana çıxan problemlər barədə əlavə məlumatlar daxil olub.

Qeyd edək ki, “Üfiq” İstehsalat Birliyinə Bakıdakı “Radiozavod” kimi tanınan “Radioquraşdırma”, Şirvan şəhərində ötən il işçilərin ölümü ilə nəticələnmiş yanğının baş verdiyi “Telemexanika” və “Araz” zavodları daxildir. İstehsalat Birliyinin direktoru, eyni zamanda, “Radioquraşdırma” zavoduna rəhbərlik edən isə Ramiz Məmmədovdur.

Adıçəkilən müəssisə müxtəlif mühəndis istehkam qurğuları, kimyəvi qoruma geyimləri, döyüş sursatlarının istehsalını həyata keçirir.

Amma verilən məlumata görə, “Üfiq” İstehsalat Birliyinin istehsal etdiyi məhsullar geniş çeşidi iləyanaşı, öz keyfiyyətsizliyi ilə də orduda tanınır. Hətta bu iddiaları orduda xidmət edən zabitlər də zaman-zaman təsdiqləyiblər. Aparılan araşdırmalar zamanı bəzi zabitlər sözügedən müəssisənin istehsal etdiyi döyüş sursatlarından istifadəzamanı problemlərin meydana çıxdığını, şəxsi heyət arasında xəsarət alanların olduğunu da bildiriblər.

Ən diqqətçəkən məsələ odur ki, bu müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinin aşağı olması barədə hətta nazirliyin digər müəssisələrinin rəhbərləri dəfələrlə müdafiə sənayesi naziri Yavər Camalova məlumat veriblər. İddialara görə, Y.Camalov dəfələrlə nazirliyin kollegiya iclaslarında və fərdi qaydada müəssisə rəhbərinə xəbərdarlıq da edib. Amma görünən odur ki, nazirin xəbərdarlığı ciddi nəticə verməyib. Xəbərdarlıqlara baxmayaraq, R.Məmmədov nəinki problemləri aradan qaldırıb, hətta yeni seriyalı buraxılışlar daha keyfiyyətsiz olub.

Qeyd olunan problemlərlə bağlı “Reytinq”i bilgiləndirən mənbə deyib ki, 2013-cü ildə “Radioquraşdırma” zavodunda istehsal edilmiş İMA-07 adlı mina detektoru əməliyyatdan dönən hərbçilərimizi neytral zonada çıxılmaz vəziyyətdə qoyub.

Məlumata görə, hərbçilərimiz həyatlarını təhlükə altında qoyaraq, arada olan böyük məsafəni şupdan istifadə edib, ölümlə üz-üzə qalmaqla qət edə biliblər: “Detektorun yerli-yersiz siqnal verməsi, onun yağışlı havada işləməməsi Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi və istehsalçı zavod qarşısında qaldırılsa da, problem həllini tapmayıb. Bu detektorun standartlara cavab verməməsi səbəbindən ANAMA da onu almaqdan imtina edib”.

İddia edilir ki, digər problem 2015-ci ilin may ayında Dövlət Sərhəd Xidmətinin Ceyrançöldə keçirdiyi təlimlərdə yaranıb. Müəssisədə istehsal edilmiş 60 mm-lik minaatan mərmiləri ilə atış zamanı minaatan heyəti ölümdən dönüb: “Lülədən çıxan sursat bir neçə metr önə düşüb. Digər mina isə minaatanın lüləsində ilişib qalıb. Məsələ ilə bağlı aparılan araşdırmada orduya verilən döyüş sursatında keyfiyyətsiz barıtdan istifadə olunduğu, hətta barıtın minaya normadan az doldurulduğu aşkarlanıb. Ramiz Məmmədov bundan sonra DSX-yə çağırılaraq ona irad bildirilib”.

 

Məlumatda qeyd edilir ki, MSN-in imicini keyfiyyətsiz məhsul istehsalçısı kimi korlayan R.Məmmədovla bağlı digər tədbiri nazirliyin tabeliyindəki başqa müəssisələrin rəhbərləri görüblər.

Belə ki, 7-8 il əvvəl Azərbaycanda yaradılmış təlim aviasiya bombalarının istehsalı da R.Məmmədovun rəhbərlik etdiyi müəssisəyə verilibmiş. Bu sursatlara həm ölkədə, həm də xarici bazarlarda böyük ehtiyac duyulduğunu MSN-in rəhbər şəxsləri müxtəlif vaxtlarda mətbuatda bildiriblər. Lakin onun istehsalı R.Məmmədova həvalə olunduqdan sonra, xarici bazardakı analoqlarını texniki-taktiki xarakteriskasına görə üstələyən bu məhsulda ciddi çatışmazlıqlar yaranıb: “Hətta helikopterdən vətəyyarələrdən atış zamanı mərmi hədəfə doğru deyil, atılan aviasiya vasitəsinə yönəlməklə uçub. Bu da milyonlarla dollar dəyəri olan təyyarə, helikopter və onun pilotları üçün ciddi təhlükədir”.

İddia edilir ki, müvafiq qurumların şikayətindən sonra nazirliyin iclasında müəssisə rəhbərlərinin də təklifləri nəzərə alınmaqla iqtisadi cəhətdən perspektivli layihənin R.Məmmədovun tabeliyindən alınmasına və digər – daha ciddi imicə sahib müəssisəyə verilməsinə nail olunub.

Təəssüf ki, problemlər bununla da bitmir. Daha ciddi məsələlərdən biri də ordu və digər hərbi qurumlar üçün istehsal edilən əleyhqaz və kimyəvi qoruma geyimləri ilə bağlıdır.

Müəssisədə istehsal edilən əleyhqazı bu gün orduda az qala, üfürə-üfürə işlədirlər ki, cırılmasın. Halbuki “Radiozavod” istehsalı olan kimyəvi qoruma geyiminin bir dəsti orduya 3000-3500 manata təqdim olunub. Hətta iş o yerə çatıb ki, Müdafiə Nazirliyi bu məhsulun keyfiyyətsizliyinə və verilən qiymətin baha olmasına görə növbəti partiyaların alınmasından imtina edib. Bunun yerinədaha keyfiyyətli, çoxdəfəli istifadə oluna bilən, bir dəstinin qiyməti 1600 manat olmaqla, İran istehsalı olan məhsulların alınmasına qərar verilib. Yerli müəssisənin qiyməti ilə xaricdən alınan məhsulun qiymət və keyfiyyət fərqinin bu şəkildə olması isə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyini ciddi düşündürməlidir.

MSN-nin sözügedən müəssisəsinin istehsal etdiyi və mülki satış mərkəzlərində satılan məhsulların da keyfiyyətində ciddi problemlərin olduğu bildirilir: “Radiozavod”un istehsal etdiyi ov tüfəngləri üçün “Qartal” adlı patronların keyfiyyətinin necə olduğunu ovçu mağazalarından soruşsanız kifayət edər”.

Maraqlısı odur ki, R.Məmmədovun məsuliyyətsizliyi pik həddə çatsa da, nazir Y.Camalov hələ də onun vəzifə başında qalmasına şərait yaradır. Ancaq belə bir müəssisə rəhbərinin məsuliyyətsizliyi ordu kimi strateji bir sahədə ciddi fəsadlar yarada bilər. Sözügedən müəssisələrdə çalışanların həyatına təhlükə yaranması da, çox güman ki, bu məsuliyyətsizliyin nəticəsidir. Təkcə ötən ilin yayında “Telemexanika” zavodunda baş verən yanğında iki nəfər ölmüş, 19 nəfər yaralanmışdı. 2010-cu ildə Əhmədlidə – yaşayış massivinin yaxınlığında yerləşən “Radioquraşdırma” zavodunda iki ay fərqlə ard-arda baş verən partlayışda zavodun 1 işçisi ölmüş, 1 nəfər isə yaralanmışdı. Bütün bunlar R.Məmmədovun, eləcə də, nazir Camalovun vəzifələrinə səhlənkar yanaşdığını göstərir. Belə bir strateji sahədə səhlənkarlığın hansı nəticələrə gətirib çıxaracağını düşünmək isə elə də çətin deyil.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gənc OL tarif paketi ilə artıq 55 məkanda 50%-ə qədər endirim

Next Post

Daha bir aviaşirkət Bakıya uçuşlara başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Daha bir aviaşirkət Bakıya uçuşlara başlayır

“Cihan” da Gülənin əlindən alındı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.