"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Devalvasiya bunu da bacardı: el adətləri dəyişir

08 Mart 2016 - 09:29
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Devalvasiya bunu da bacardı: el adətləri dəyişir

Hələ qədimdən toy zamanı gəlini qızıllarla bəzəmək bir adət, həm də qohum-əqrəba, qonum-qonşu yanında fəxr sayılıb. Azərbaycanda da bu ənənə illərdir davam etdirilirdi. Ta ki, əlahəzrət devalvasiya qapıya dayananadək… Belə ki, Sputnik əməkdaşı bu məsələ ilə əlaqədar maraqlı faktlar əldə edib.

Paytaxtın məşhur Mərkəzi Univermağında (MUM) durğunluq hökm sürür, müştəri gözə dəymirdi. Satıcılar bekarçılıqdan kimisi telefonla başını qatır, kimisi bir-biri ilə dərdləşirdi.
Yaxınlaşıb bəzi qızılların qiymətinə baxdım. Dəhşətə gəlməmək mümkün deyildi. Gəlin bəzədilməsi üçün minimal 6000 manat tələb olunur.
“Müştəri yoxdur. Qiymətlər istəməsək də, dollara görə bahalaşır, müştərilər də qaçır. Əvvəllər, heç olmasa bir az gəlirimiz olurdu, indi heç icarə pulunu da çıxara bilmirik. Hətta bəzi satıcılar icarə haqqını verə bilmədiklərinə görə işlərini bağlayıblar. Belə getsə, biz də işimizi dayandırmalı olacağıq”, —dedi söhbətləşdiyimiz satıcılardan biri.
Öyrəndiyimiz daha ilginc fakt isə ondan ibarətdir ki, devalvasiya və nəticədə qiymətlərin kəskin bahalaşması camaatın illərlə yaşatdığı adət-ənənəsinin dəyişməsinə səbəb olub. Belə ki, artıq insanlar gəlin bəzədilməsi üçün qızıl deyil, gümüş zinət əşyalarından istifadə etməyə başlayıb.
Bu reallığı diqqətə çatdıran növbəti həmsöhbətimiz zərgərdir. Xüsusi sifarişlər qəbul edir, bunun əsasıda qızıl və gümüşdən bəzək əşyaları hazırlayır.
 
“Son 1 aya yaxın müddət ərzində 10-a yaxın sifariş almışam ki, gəlin bəzədilməsində gümüş əşyaların olmasını istəyiblər. Əvvəllər heç vaxt bu cür hadisə olmamışdı, 40 ildir bu işin içindəyəm, gümüş əşyalarla gəlin bəzədildiyini indilərdə görürəm. Neynəmək olar, camaatda pul yoxdur”, —deyir zərgər.
 
Onun sözlərinə görə, gəlin bəzədilməsi üçün bir komplekt qızılla bir komplekt gümüşün qiyməti arasında 5 dəfəyədək fərq var: “Qızılın özü çox baha başa gəlir, üztəlik üzərində brilliant qaşlar olur. Gümüş isə həm zatən qızıldan xeyli ucuzdur, həm də adətən gümüş əşyaların üzərində əlavə bəzəklər olmur”.
MUM yaxınlığında həmsöhbət olduğumuz Rəhimə xanım da gümüş bəzəklərlə gəlin bəzədilməsini ilk dəfədir eşitdiyini deyir: “Vallah, gümüşü adətən kişilər istifadə edir, o da toy-nişan üzüyü üçün deyil, gündəlik həyatda. Qadının zinət əşyası qızıldır. Üstəlik gəlin bəzəməkdə gümüşdən istifadə etmək… Nə deyim, yazıq camaat…”.
Başqa bir həmsöhbətimiz Şəfəq Qədirova isə bu fakta təəccüblənmir: “Belə olmalıydı da. Böhran gec-tez adət-ənənələrimizə də çatmalıydı. Bu qədər qiymət artımının, bahalaşmanın qarşısında insanlar neyləsinlər? Biri biz özümüz, oğlumuzu evləndirməliyik, yaxınlarda nişan aparmağı düşünürük. Amma indi “ÇUM”dan çıxıram, qiymətlər əl yandırır. Hesablatdım, gəlinimi normal bəzəyə bilmək üçün 8500 manat pul lazımdır. Biz bu qədər pulu haradan alaq?”.
Belə… Deyəsən, hələ görəcək günlərimiz qabaqdadır.
Toyda gəlinin qızılla bəzədilməsi ənənəsi aradan qalxır. İnsanlar gümüşdən hazırlanan bəzək əşyalarına üstünlük verməyə başlayıblar. Zinət əşyalarının qiymətləri isə ərşə qalxıb
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tanrı yatır içimdə! – Əli Hacı

Next Post

Rəsmi Bakı Rusiyaya öz mesajını verdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rəsmi Bakı Rusiyaya öz mesajını verdi

O, nədən SSRİ xalq artisti adından imtina edib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.