Brüsseldə NATO-nun baş qərərgahında keçrilən toplantıda çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanı sərt şəkildə ittiham edib.
Avropa.info xəbər verir ki, Davudoğlu Rusiyanın Suriyada İŞİD-i deyil, dinc sakinləri bombaladığını deyib.
“Rusiya İŞİD-ə qarşı deyil, vətəndaşlara hücum edir. Rusiyanın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə üzərində qurulmayıb.
Rusların bombaladığı günahsız insanlar yer axtarırlar gələcəklərini qurmaq üçün. Bu insanlar bizləri narahat etmək üçün ölkələrimizdə gəlmirlər. Rejimdən, İŞİD-dən, Rusiyanın hava hücumlarından qaçaraq gəlirlər. Bunu etməyə məcbur qalırlar. Türkiyə Suriyadan 2.7 milyon qaçqın qəbul edib” deyə Davudoğlu qeyd edib.