Ukrayna Ali Radası Rusiya ilə diplomatik münasibətlərin dayandırılması barədə qərar layihəsini səsverməyə çıxaracaq.
Axar.az xəbər verir ki, millət vəkilləri Oksana Korçinskaya, Olqa Çervakova və digərləri məsələ ilə bağlı Ali Radanın plenar iclasında qanun layihəsinin qəbul edilməsi üçün çalışacaqlarını bildiriblər.
Korçinskaya Feysbuk hesabında Savçenkoya qarşı işgəncəyə cavab veriləcəyini bildirib.
Qeyd edək ki, ukraynalı millət vəkili və pilot Nadejda Savçenko 2014-cü ilin iyununda Ukraynanın şərqində separatçılar tərəfindən tutulub və Rusiyaya aparılıb. Millət vəkili həlak olan iki rusiyalı jurnalistin ölümündə şübhəli bilinir.




