Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”in vitse-prezidenti Mixail Leontiyevin fikrincə, neftin qiyməti ən azı 70 dollar olmalıdır.
“ria.ru” xəbər verir ki, M.Leontiyev neft bazarında təklifin azalmasının və kapital xərclərinin “qara qızıl”ın qiymətinin 70-90 dollar/barrel aralığında olmasına işarə etdiyini deyib:
“Bazarın ehtiyacını ödəyəcək etibarlı bir təklif səviyyəsini təmin edəcək qiymət səviyyəsi isə ən azı 70 dollar/barrel olmalıdır”.
Onun fikrincə 2017-ci ildən başlayaraq qlobal neft bazarında təklif fərqi yaranacaq.




