Rusiyanın məqsədi Almaniyada qeyri-sabitlik yaratmaqdır.
Axar.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” qəzeti çıxış edib.
Məlumata görə, Almaniya Konstitusiyanı Mühafizə Təşkilatının sədri Hans Corc və Federal Kəşfiyyat İdarəsinin rəhbər müavini Quido Müller bununla bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, Rusiya höküməti Almaniyada yaşayan 2 milyon rusun vasitəsilə ölkədə geniş miqyaslı mitinqlər təşkil etməyi planlaşdırır.
Bundan əlavə, rəsmi Moskvanın mediadan istifadə edərək Almaniyaya təzyiq etməsi iddiası da irəli sürülüb.




