"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda 5 yaşlı uşağı öldürülən atanın fəryadı: “Məndən pul istəyirlər”

10 Mart 2016 - 19:40
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakıda həkim səhlənkarlığı səbəbindən 2010-cu il təvəllüdlü uşaq dünyasını dəyişib.

 

Vəfat edən 5 yaşlı Ömər Fətəliyevin atası Famil Fətəliyev Publika.az-a açıqlamasında həkimlərin uşağın ölüm səbəbi və xəstəliyi barədə onlara hələ də heç bir məlumat vermədiyini deyib. F.Fətəliyevin sözlərinə görə, Ömər ötən həftənin cümə axşamı bağçadan qayıdandan sonra evdə makaron yeyib. Bir müddət sonra isə uşaq qusub: “Hövsanda 16 saylı poliklinikaya apardıq. Hərarəti var idi, iynə vurdular və hər şeyin normal olduğunu dedilər. Amma şənbə günündən başlayaraq, nə yeyirdisə, qaytarırdı. Təcili yardımla Əmircanda uşaq xəstəxanasına apardıq, zondla uşağın mədəsini yudular. Bir saat orda qaldı. Sonra uşağı 1 saylı Şəhər Kliniki Xəstəxanasına göndərdilər. Ora çatanda çox halsız idi. Uşağı rentgen, USM etdilər. Amma heç bir problem görmədiklərini dedilər. Daha sonra A.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına aparmağı məsləhət gördülər. Orada uşaq komaya  düşdü, mədəsində qan laxtası olduğunu dedilər. Həkimlərin sözlərinə görə, qanaxmanı dayandırdılar. Bir sutka orada qaldı.

 

Amma biz başqa xəstəxana da axtardıq. Müalicə üçün daha fərqli aparata ehtiyac olduğunu demişdilər. Əvvəlcə Mərkəzi Kliniki Xəstəxana ilə əlaqə saxladıq. Uşağı aparmaq üçün pul ödəməli olduğumuzu dedilər. Xəstəxananın reanimasiya şöbəsinin müvəqqəti işləmədiyini, ancaq palataya yerləşdirə biləcəklərini dedilər. Uşaq komada idi, adi palatada qala bilməzdi. Ona görə razılaşmadıq. Sonra A.Qarayev adına xəstəxanadan məsləhət gördülər ki, yaxınlıqdakı Tibb Universitetinin xəstəxanasına köçürək. Amma bunun üçün əvvəlcə həkim müayinə edib, uşaqda reaksiya olub-olmadığını müəyyən etməli idi. Həkim baxdı, martın 7-də qərar verdi ki, həmin klinikaya köçürülsün, uşaqda reaksiya var. Bir gün orda qaldı. Uşağın təzyiqi yüksəlmişdi, rəngində dəyişiklik var idi. Amma sonradan yenə əvvəlki halına qayıtdı. Dünən günorta həkimlə danışdım, vəziyyətin ağır olduğunu dedilər. Axşam isə uşağın öldüyünü dedilər”, – deyə Famil Fətəliyev bildirib.

 

Atanın sözlərinə görə, bu vaxta qədər ölüm kağızı onlara təqdim edilməyib və uşağın ölüm səbəbi barədə onlara məlumat verilməyib. Onun sözlərinə görə, uşaq xəstəxanaya qəbul olan günü 1000 manat pul ödənilib: “İki gün sonra maraqlandım, xəstəxanaya 750 manat borcumuz olduğunu dedilər. Bir neçə saata ödəniş edəcəyimizi dedik. Həmin söhbətdən bir neçə saat sonra uşaq öldü. Mənə uşağın ölüm xəbərini verən xanım 750 manatdan 350 manatı keçdiklərini, 400 manatı sabaha qədər ödəməli olduğumuzu dedi. Mənə bu, həddən artıq çox pis təsir edib. Mənim övladım dünyasını dəyişib. Bunlar məndən pul tələb edir. Həm də əgər kömək edə bilməyəcəkdilərsə, nə üçün bizə ümid vermişdilər? Bilmirəm pula görə edirlər, yoxsa səbəb nədir? Ehtimal edirik ki, mədəsinə zond salınmasına görə vəziyyət belə olub. Amma yenə də dəqiq səbəb bilmirik. Hər xəstəxanada bizə bir söz dedilər. Vərəm, pnevmoniya, damarın əzilməsi, beyinə qan sızması dedilər. Amma dəqiq heç nə bilmirik”.

 

Ata bu vaxta qədər uşağın mədəsi ilə bağlı heç bir problemin olmadığını deyir.

Ö.Fətəliyevin həkimi və xəstəxana ilə əlaqə saxladıq. Həkimi telefonlarımıza cavab verməsə də, xəstəxanadan iş saatının bitdiyini, cavab verə bilməyəcəklərini dedilər.

 

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şok iddia: Rusiya Almaniyada çevrilişə hazırlaşır

Next Post

“Plagiat”la peşəkarlıq olmur, Qulu müəllim!

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Plagiat"la peşəkarlıq olmur, Qulu müəllim!

Deputatdan devalvasiya anonsu: manat ucuzlaşmaqda davam edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.