Qulu Məhərrəmli məhkəməyə verildikdən sonra qapı-qapı gəzərək özünə müdafiəçi axtarır. Mediada dəstək tapmayanda isə iş yoldaşlarına yalvarmalı olur və Şirməmməd Hüseynova özünü müdafiə etdirmək üçün minnətçi düşüb. Şirməmməd Hüseynov da AzTV sədri Arif Alışanovu jurnalist olmamaqda ittiham edib. Amma qeyd etməyi unutmayıb ki, Arif Alışanov idarəçilik, maliyyə işini yaxşı bilir.
Nəzərinizə çatdıraq ki, Arif Alışanov həm iqtisadçı, həm də jurnalistdir. 25 ildir ki, sədrin müavini və sədr kimi böyük bir televiziyanın böyük jurnalist ordusuna rəhbərlik edir. O, onlarla filmin müəllifidir. Həmin filmlər Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideyasına və Azərbaycanın inkişafına həsr olunub.
Qaldı ki Şirməmməd müəllimin Qulunun kitabları barədə fikirlərinə, yaxşı olar, o, İlhamə Novruzovanın bu yaxınlarda çap etdirdiyi yazısını oxusun, onda həqiqəti görər və həmin kitabların haralardan “copy paste” edildiyini, hansı vərəqinin hansı kitabdan oğrlandığının şahidi olar.
Bu gün Azərbaycan Televiziyasının son 10 ildə hazırladığı verilişləri, xüsusən də gənc istedadların üzə çıxarılması istiqamətində gördüyü işləri yazmamaq günah olardı. Kollektivdə əsl yaradıcılıq mühitinin yaradılması, xalqımızın maraqlarına xidmət edən verilişlərin təqdim olunması məhz Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun rəhbərlik bacarığının göstəricisidir. Bu gün fəxrlə demək olar ki, AzTV milli mənəvi dəyərlərimizin əsl təbliğatçısıdır.
Niyazi Əhmədli




