Ankarada törədilən terror aktından sonra Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatına başlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları, xüsusi təyinatlı polislər şəhərin Gaziosmanpaşa yaşayış məntəqəsində əməliyyatlar keçirib.
Keçirilən əməliyyatda zirehli maşın və TOMA-dan istifadə edilir. Əməliyyat çərçivəsində xeyli sayda şübhəli şəxs saxlanılıb. Daha sonra tutulan şəxslərin göstərdiyi ünvanlarda təcili əməliyyatlar keçirilib.
Mardinin Nusaybin və Hakkarinin Yüksekova bölgələrində 20 min hərbçinin iştirakı ilə PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.




