Bakı vaxtı ilə saat 14:55-ə olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 40 dollardan aşağı düşüb. Hazırda Brent markalı neftin bir bareli 39,67 dollara satılır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2 faiz azalaraq 37,73 dollar təşkil edib.




