PKK-nı terror təşkilatı olaraq görürük. Bu gün həm sözdə, həm də əməldə həmrəylik günüdür.
Bu sözləri Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federiko Moqerini Ankara terroru ilə bağlı çıxış edərkən deyib.
“PKK AB üçün bütün aspektlərdən terror təşkilatıdır. AB istər daxildə, istərsə də xaricdəki fəaliyyətlərinə görə PKK-nı terror qrupu olaraq qəbul edir”, – Moqerini vurğulayıb.




