“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın hansı möhkəm təməllər üzərində qurulduğunun bir daha nümunəsidir”.
Bu barədə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
PA rəsmisi qeyd edib ki, prezident İlham Əliyevin Türkiyəyə səfəri tarixi səfərdir: “Səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər, imzalanan sənədlər, bu səfərin yekunu nümayiş etdirdi ki, bu iki dövlət, bu iki xalq Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət”dir. Çıxışlar və imzalanan sənədlər göstərdi ki, bu dövlətlər, bu xalqlar dünyada baş verən bütün proseslərdə, həm çətin, həm də uğurlu məqamlarda həmişə bir yerdədirlər və bir yerdə olacaqlar”.




