"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölünün adına borc yazıla bilərmi? – “Azərişıq”dan deputatın ittihamına cavab

16 Mart 2016 - 21:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Ölünün adına borc yazıla bilərmi? – “Azərişıq”dan deputatın ittihamına cavab
Martın 15-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Yevda Abramov maraqlı çıxışı ilə gündəmə gəlib. Deputat “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərə istifadə etdikləri elektrik enerjisindən daha artıq borc yazıldığını və həmçinin ölmüş şəxslərin adına belə, borc yazıldığını iddia etmişdi.
Belə problemlərin millət vəkili seçildiyi Quba rayonunda da müşahidə olunduğunu deyən Y.Abramov bu cür halların vətəndaşlar arasında ciddi narazılığa səbəb olduğunu qeyd edib: “Abonentlərə milyonlarla manat borc paylanılıb. Mənim özümə 787 manat borc yazılıb. Ancaq mən 11 ildir ki, Bakıdayam. 20 il bundan əvvəl ölmüş adamın adına da 900 manat borc yazılıb. Bunu icra başçısına da çatdırmışam, hesabatda da demişəm. Bu, kimin pullarıdır? Ya bu pulları yeyiblər, yeyintidən qalan pullardır, ya da cənab prezidentin humanistliyini, bu pulların amnistiyasını gözləyirlər. Bundan baş aça bilmirəm. “Azərişıq” yaradılıb. Buna nəzarət edilməlidir.
Xalqı ayağa qaldırmaq lazım deyil. Sonra da deyirlər ki, Qubada insanlar küçəyə çıxıb. Bəli, çıxmışdı. 5, 10, 100 adam küçəyə çıxmışdı. Mən özüm də, icra başçısı da orda idi. Heç birimiz gizlənməmişdik. Xalq bu cür məsələlərdən narazıdır. İnsanlar prezidentin şəkli ilə küçələrə çıxıb, narazılıq edirlər”.
Millət vəkilinin bu ittihamları ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a açıqlama verib. O, deputata istifadə etmədiyi elektrik enerjisinə görə borc yazılması məsələsinə münasibət bildirərkən deyib ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz:“Narazı abonent kodunu göndərsin, araşdıraq və bu haqda məlumat verək”.
Millət vəkilinin ölən şəxsin adına borc yazılması ittihamına gəlincə isə, T.Mustafayev bildirdi ki, bu cür hal qətiyyən ola bilməz: “Azərişıq” elektrik enerjisindən istifadəyə görə borcu ölən şəxsin adına yox, mənzilə yazır. Mənzil kimin adınadırsa, borc da onun adına yazılır. İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə belə abonentlər var. Mənzil kimin adınadırsa, həmin insan dünyasını dəyişib, amma sənədlər hələ də onun adınadır. Evin digər sakinləri, yaxınları sənədləri mütləq şəkildə dəyişdirməlidir. Dəyişdirmədiyi təqdirdə, təbii ki, borc həmin adamın adına göndəriləcək. Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır.
Bu məsələnin çox asan həll yolu var. Biz iki ildir ki, “ASAN xidmət”lə əməkdaşlıq edirik. Bir neçə dəqiqə ərzində bu problemi həll etmək, abonent kodunu ev sahiblərindən başqasının adına keçirmək olar. Yüzlərlə belə hal müşahidə edirik. Xahiş edirik, müvafiq qurumlara müraciət edib, bu məsələni həll etsinlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Prezidentin Türkiyəyə səfəri tarixi səfərdir` – Novruz Məmmədov

Next Post

`Hər birimiz dövlət üçün çalışmalıyıq` – Prezidentin köməkçisi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Hər birimiz dövlət üçün çalışmalıyıq` - Prezidentin köməkçisi

`Azərbaycanlı və erməni icmaları arasında dialoq yaradılmalıdır`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.