“Müsavat Partiyası prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndirir”.
Bu barədə açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
G.Aslanlı əfv sərəncamının təqdirəlayiq hal olduğunu bildirib: “Məhbusların azadlığa buraxılması müsbət haldır. Müsavat Partiyası bu addımı dəstəkləyir”.
Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli azadlığa çıxıb.




