"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ-ın prezident Əliyevlə bağlı sensasion planı

18 Mart 2016 - 08:10
in aktual-banner, Banner, SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 ABŞ-ın prezident Əliyevlə bağlı sensasion planı

İqtidara qarşı sanksiya layihəsində Rusiya kəşfiyyatı izi; Konqres “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsini “arxivə” göndərir; Pentaqon Ağ Evdən Azərbaycan prezidentinə daha ciddi dəstək verilməsini və etimad göstərilməsinin istəyir; Pentaqondakı mənbə: “Qərbin regionda maraqlarını təmin edən siyasi və iqtisadi layihələrə 2016-2017-ci illərdə nəzarət İlham Əliyevə veriləcək”

Ötən saylarımızda xəbər vermişdik ki, bir neçə həftədir Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Məlumatlarda iddia olunurdu ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir.
 
Azərbaycan isə qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasına, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini durdurmağa, iqtidara qarşı hazırlanmış “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsinin gündəmdən çıxarılmasına çalışır.
Bildirilirdi ki, Pentaqon və Amerikanın Enerji Nazirliyi sanksiya qərarının qəbul edilməsinə qarşıdırlar, bunun yanlış olduğunu sübut etməyə və basda Ağ Ev olmaqla, Konqresi də belə bu qanun layihəsinin qəbulu fikrindən daşındırmağa çalışırlar.
 
Sanksiya məsələsində iqtidarla razılaşma ola biləcəyini “Azərbaycan Demokratiya Aktı” layihəsinin  müəllifi kimi tanınan konqresmen Kristofer Smitin Bakıda iki dəfə prezident İlham Əliyevlə görüşdüyünü xatırlatması  və dövlət başçısının martın sonunda ABŞ-da keçiriləcək nüvə sammitində iştirakı zamanı da bir araya gələcəyini deməsi də bu məsələdə anlaşma olacağına işarə sayıla bilərdi. 
“Yeni Müsavat”ın müxbiri diplomatik mənbələrdən bu müzakirələrlə bağlı yeni sensasion bilgilər əldə edib. Məlumatda iddia olunur ki,  ABŞ-ın əsas təsisatlarından sayılan Pentaqonun  Azərbaycan məmurlarına və ölkə rəhbərliyinin ətrafina sanksiya tətbiq olunmaması üçün apardığı səylər nəticə verməkdədir. Belə ki, Pentaqon artıq basda Konqres və Ağ Ev olmaqla, Amerikanın digər qərar və təsir institutlarını inandirib ki, əslində bu sanksiya layihəsinin qəbulu Rusiyanın və prezident Vladimir Putinin maraqlarına xidmət edərdi. Çünki sanksiya qərarının veriləcəyi halda ABŞ-ın regionda strateji tərəfdaşı olan Azərbaycanın vəziyyəti pisləşəcək,  Kremlə yaxın “beşinci kolon” prezident İlham Əliyevin manevr imkanlarını kifayət qədər məhdudlaşdırmaq şansı əldə edəcək.
Məlumatda daha bir sensasion iddia  da yer alıb. Bildirilir ki,  əslində bu sanksiya layihəsinin gündəmə gəlməsi üçün Rusiya kəşfiyyatı da “işləyib”. Rusiya dolayi yolla rəsmi Bakının  “cığallıqları” ilə bağlı Vaşinqtona məlumatlar ötürərək,  Bakıdakı rəsmilərə qarşı sanksiya layihəsinin qəbulunda maraqlı olduqlarını büruzə veriblər .  
Mənbənin iddiasına görə, Rusiyanın bu məsələdə maraqlı olmasını Mərkəzi Kəşfiyyat İdarəsi də təsdiqləyib və  bu barədə həm Konqresə, həm də Ağ Evə məruzə təqdim edib. Qaynağımız iddia edib ki, Konqresdəki təsirli fiqurlarla, o cümlədən müəlliflə sanksiya layihəsini  tam gündəmdən çıxarmamaq, amma hazırkı mərhələdə “arxivə” göndərməklə bağlı anlaşma əldə olunub. Qeyd olunur ki, Azərbaycan hakimiyyəti ilə daha geniş münasibətlərin qurulmasında  maraqlı olan, hətta göründüyü kimi, rəsmi Bakıya lobbiçilik edən Pentaqon Ağ Evdən prezident İlham Əliyevə daha ciddi dəstək  verilməsini və etimad göstərilməsinin istəyir.
Pentaqon hesab edir ki, prezident İlham Əliyev neftin yaratdığı böhrana baxmayaraq ölkəsində stabilliyi qorumağa nail olub və mövqeləri möhkəmdir. Bu səbəbdən də Pentaqon rəhbərliyi yaxın illərdə də İlham Əliyevin hakimiyyətdə  qala biləcəyini  proqnozlaşdırıb və bu səbəbdən də Ağ Ev administrasiyasını  “daha çıxarlı” siyasət yürütməyə razı salıb.
Daha bir sensasion təfərrüat da var; məlumatda iddia olunur ki, Azərbaycan  prezidentinin Nyü-Yorka səfəri zamanı ona “yeni xətt üzrə tərəfdaşlıq” təklif ediləcəyi gözlənilir. Bildirilir ki, Qərb dairələri indi Azərbaycan prezidentini regionda  ən ciddi tərəfdaş hesab edir;  bu da təsadüfi deyil: “Gürcüstanın siyasi rəhbərliyi Mixail Saakaşvilidən sonra qeyri-müəyyən , Azərbaycan rəhbəri isə ardıcıl və balanslaşmış siyasət yürüdür. Bu səbəbdən də regionda Qərbin maraqlarını təmin edən siyasi və iqtisadi layihələrə 2016-2017-ci illərdə nəzarət İlham Əliyevə  veriləcək. Bu iki il ərzində Qərblə İlham Əliyev arasinda tərəfdaşlıq daha da güclənərsə,  o zaman bu nəzarət mexanizmi daha da geniş sferani əhatə edə bilər”,- deyə, sensasion məlumatda bildirilir.
 
Qaynağımız Qərbin Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyə prezidentlərinin birgə görüşünün reallaşmasına çalışdığını da deyib. Xəbərdə bildirilir ki, ayrı-ayrılıqda Rusiya aqressiyasını üzərində hiss edən bu ölkələrin ticari-siyasi əməkdaşlığına  Qərb tam dəstək vermək niyyətindədir və belə bir görüşün ilk olaraq Bakıda keçirilməsini istəyir.
Qeyd edək ki, gələn ay – aprelin 25-26-da Bakıda mədəniyyətlərarası dialoqla bağlı geniş tədbir keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə Ankaradakı görüşündə bu tədbirə gələcəyinin deyib. Gözlənilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko və Gürcüstanın dövlət başçısı da həmin vaxt Bakıya gələcəklər…
Sensasion məlumatlarla bağlı əlavə xəbər və şərhləri gələn sayımızda dərc edəcəyik.
 
“Yeni Müsavat”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PKK-nın Suriya qolu ölkənin şimalında muxtariyyət elan etdi

Next Post

Azərbaycan böyük tətilə gedir – yenə Gürcüstana…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Azərbaycan böyük tətilə gedir - yenə Gürcüstana...

Yevda Abramov: "Mən sözümü demişəm"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.