"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rayonda əhali mitinq keçirdi

21 Avqust 2014 - 14:52
in Kateqoriyasız

Beyləqan rayonunun Dünyamalılar kəndinin sakinlərin yolların yararsız olmasına etiraz olaraq 77592aksiya keçirib. Avqustun 20-də keçirilən aksiya zamanı sakinlər əllərinə Azərbaycan və hakim Yeni Azərbaycan Partiyasının bayraqlarını alıb, «İlham!, İlham!» qışqıraraq yürüş ediblər. 

“Qafqazinfo” xəbər verir ki, AXCP rayon təşkilatının sədri Rövşən Alışlının AzadlıqRadiosuna verdiyi məlumata görə, kəndlilər yolların pis vəziyyətdə olmasına, prezidentin yol çəkilişinə ayırdığı vəsaitin mənimsənilməsinə etiraz ediblər: «150-200 nəfərə yaxın kənd sakini İmişli-Daşburun avtomobil yolunu bağlamışdı. Onlar yollara ayrılan büdcə pullarının yeyintisinə, yollara sərf edilməməsinə etiraz ediblər. Rayon rəhbərliyi, polis, hamısı ərazidə idi. 9 nəfəri polis saxlamışdı. Təxminən axşam saat 11 radələrində məlumat aldıq ki, onları sərbəst buraxıblar. Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur».

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Beyləqan icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov kənd sakinlərinin yol tələbi ilə etiraz aksiyası keçirdiyini təsdiqləyib: «Orda 30 kilometrə yaxın yoldur, onun 20 kilometrə yaxını çəkilib, qalanı hələ çəkilməyib. Pul 20 kilometrə ayrılıb. Qalan hissəyə də pul ayrılanda yolun çəkilişinə başlanacaq. Kənd sakinləri isə deyir ki, niyə yol bütöv çəkilmir. Gərək pul ayrılsın ki, yol bütöv çəkilsin. 2014-cü ildə 7 kilometr çəkilib, gələn ildə qalan 10 kilometr çəkiləcək».

Telman Məstanov aksiya zamanın saxlananların olması barədə məlumatların doğru olmadığını bildirir.

2013-cü ilin avqustunda prezident rayonun 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi üçün Beyləqan rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılması haqqında sərəncam verib.

Beyləqan rayon icra hakimiyyətindən AzərTAc deyiblər ki, ayrılan vəsait hesabına Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi bu il başa çatacaq.

Tags: SAVAŞSOSİAL
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya öz düşmənlərini elan etdi – Qara siyahı

Next Post

Medvedyevin gözlənilən İrəvan səfərinin pərdəarxası

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Medvedyevin gözlənilən İrəvan səfərinin pərdəarxası

Bakıda mağazada atəş açdılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.