Dəqiqləşdirilmiş məlumata əsasən, Rostov-na-Donu şəhərində qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 61 nəfər olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rostov vilayəti fövqəladə xidmət orqanlarında bildiriblər.
Qeyd olunur ki, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, aviaqəzada Rostov vilayətinin qanunverici orqanının deputatı İqor Pakus və onun həyat yoldaşı həlak olublar.

Bildirilir ki, təyyarənin aeroporta enə bilməməsinin səbəbi əlverişsiz hava şəraiti olub. Təyyarə uşuş zolağının 50-10 metrliyində yerə çırpılıb və hissələrə parçalanıb və yanıb. Həlak olanlar arasında 7 uşaq da olub.
Türkiyə mediası qeyd edir ki, ucuz qiymətə uçuşlar həyata keçirən və donanması tamamilə Boeing 737-800 tipli təyyarələrdən ibarət olan FlyDubai 43 ölkənin 94 aeroportuna reyslər həyata keçirir. Şirkətin anqarında 50 Boeing 737-800 markalı təyyarə var.


***
Dubaydan Rostov-na-Donu şəhərinə uçan sərnişin təyyarəsi pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə regionun fövqəladə xidmət orqanlarına istinadən RİA “Novosti” məlumat yayıb.
“İlkin olaraq “Boeing-737″ pis görüntü şəraitində uçuş-enmə zolağından 50-100 metr kənara düşüb. Sərnişinlərin və heyət üzvlərinin aqibəti müəyyənləşdirilir”, – deyə mənbə bildirib.
Təyyarə “Fly Dubai” aviaşirkətinə məxsus olub. Eniş zamanı partlayış baş verib. Hava gəmisində 59 sərnişinin olduğu bildirilir. Hazırda hava limanı bağlanıb.
APA-nın məlumatına görə, ekipaj üzvləri ilə birlikdə 61 nəfər ölüb.




