
“Barselona”nın futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalının püşkündə “Atletiko” ilə düşmələrini dəyərləndirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi sabiq klubuna qarşı oynayacağı üçün həyəcanlı olduğunu deyib:
“Uzun müddətdir bu oyun haqda düşünürdüm. “Atletiko” ilə düşməyimizi istəyirdim. İşimiz çətindir. Buna baxmayaraq, hədəfimiz finala adımızı yazdırmaqdır”.



