Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, partlayış İstiqlal küçəsində qeydə alınıb.
Qalatasaray və Taksim meydanından küçəyə giriş bağlanıb. Partlayış nəticəsində yaralıların olduğu bildirilir.
Hazırda əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib.
Əraziyə vətəndaşların daxil olmasına icazə verilmir.
Partlayışla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, İstanbula gələn turistlər ən çox bu ərazidə olur.




