Ukraynanın keçmiş baş naziri, prezidentliyə keçmiş namizəd “Batkivşina” Partiyasının lideri Yuliya
Timoşenko seçkilərdən sonra demək olar yoxa çıxıb.
Timoşenko seçkilərdən sonra demək olar yoxa çıxıb.Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir yeni həyatını gizli sürməyə çalışır. Ancaq bu günlərdə Almaniyanın “Focus” nəşri bu gizliliyin üstün açıb. Jurnalistlərin yaydığı fotodan məlum olur ki, keçmiş siyasətçi qızı Yevgeniya ilə Berlinin ən məşhur küçələrindən birində bahalı butikləri gəzişir.
Jurnalistlər onu da qeyd ediblər ki, onları Timoşenkonun özü yox, kayzer (keçmişdə Almaniya imperatorlarının titulu) Vilhelm xatirə kilsəsinin yaxınlığında onu gözləyən qara “Limuzin” təəccübləndirib. Timoşenko qızı ilə “Nika Store” idman mağazasından əlindən firma bağlama ilə çıxırmış. Digər məlumata görə, keçmiş məhbus hələ də Berlindəki “Şarite” klinikasında kürək ağrılarına görə müalicə də olunur.



