
Türkiyənin Mardin vilayətinin Nusaybin kəndində PKK-lı terrorçulara qarşı aparılan əməliyyatda bir polis məmuru şəhid olub.
Cebhe.info xəbər verir ki, Mardində elan edilən küçəyə çıxma qadağasının ardından terror təşkilatı PKK mənsublarının tutulması, partlayıcıların məhvi, barrikadaların ləğvi üçün Türk Silahlı Qüvvələri (TSK) və təhlükəsizlik gücləri ilə birlikdə 14 martda başladılan birgə əməliyyat davam edir.
Təhlükəsizlik qüvvələri tərəfindən Dəclə qəsəbəsində axtarış fəaliyyəti davam etdirilərkən, terrorçular tərəfindən ustar üsullarla hazırlanan bomba partladılıb.
Partlayışda bir polis məmuru ağır yaralanıb. Nusaybin Dövlət Xəstəxanasına qaldırılan yaralı polis müdaxiləyə baxmayaraq şəhid oldu.
– See more at: http://www.cebhe.info/oxu/16204/#sthash.YEGqLtMR.dpuf



