Füzuli rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan APA-
ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.
ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10 radələrində qeydə alınıb.“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi, 1955-ci il təvəllüdlü, Ağaqulu Əliağa oğlu Mürvətov Horadiz qəsəbəsində rəsmi tədbir zamanı generator maşınında olarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.



