Belarus xarici siyasətində şərq və qərb, Rusiya və Avropa Birliyi arasında seçim etməyəcək.
Bu sözləri Rusiya Prezidenti Aleksandr Lukaşenko Polşa Xarici İşlər Naziri Vitold Vaşikovski ilə görüşü zamanı deyib.
“Əgər tərəfdaşlarımız bizimlə danışıqlar zamanı şərq və qərb, Rusiya və Avropa Birliyi arasında seçim edin desələr… belə bir mövqe bizə görə deyil. Düşünürəm ki, Ukraynadan sonra Qərbə stabil olmayan başqa bir ölkə lazım deyil. Biz birlikdə Avropada baş verən proseslərdə önəmli rol oynaya bilərik. Lakin bu, Almaniya, Rusiya və Çinin zərərinə olmamalıdır”, – Lukaşenko bildirib.




