Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Dmitri Nosov terrorçular üçün ölüm hökmü çıxarılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.
Rusiya mediası bildirir ki, deputatın sözlərinə görə, həmin layihədə terrorçular üçün ölüm hökmünün çıxarılması da öz əksini tapacaq.
“Hesab edirəm ki, SSRİ, yaxud İsrail təcrübəsi ilə getmək lazımdır. Terrorçular üçün yalnız edam hökmü çıxarılmalıdır”, – Nosov deyib.
Onun sözlərinə görə, ölüm hökmü yalnız günahı sübut olunan terrorçular üçün deyil, həm onları bu cinayətə cəlb edənlərə, həm də havadarlarına qarşı çıxarılmalıdır.




