Ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsi Prezident Vladimir Putinin icazəsindən sonra mümkündür.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezident Administrasiyanın rəhbəri Sergey İvanov deyib.
“Putinin icazəsindən sonra Savçenkonun mübadilə yolu ilə azad edilməsi nəzəri cəhətdən mümkündür. Bu barədə qərarı Rusiya prezidenti verəcək”, – İvanov bildirib.
İvanov qeyd edib ki, ukraynalı pilotun girov saxlanılan rusiyalılarla dəyişdirilməsini Minsk razılaşması ilə əlqələndirmək lazım deyil.
Qeyd edək ki, bir müddət öncə Rusiya ukraynalı pilot Nadejda Savçenkonun azad edilməsinə əvəz olaraq Qərbdən sanksiyaların yumşaldılması və ya Krımın zəbtinin tanınmasını istəyirdi.




