"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Başı kəsilən amerikalı jurnalistin acı hekayəti…

21 Avqust 2014 - 20:26
in FLƏŞ
İŞİD-in qətlə yetirdiyi Cim Foulinin xilası üçün Obamanın birbaşa göstərişi ilə xüsusi əməliyyat keçirilibmiş,1408507218 lakin missiya boşa çıxıb; terrorçulara isə ABŞ qanunlarına görə, təzminat verilmir…
Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama İŞİD terrorçularını amerikalı jurnalist Cim Foulinin edamını sərt şəkildə pisləyən bəyanatla çıxış edib. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbəri öz bəyanatında İŞİD-in dinə heç bir dəxli olmadığını xüsusi  vurğulayıb.
“Terror təşkilatının qurbanlarının mütləq əksəriyyəti müsəlmanlardır, inanc isə insanları öldürməyi öyrətmir”, – deyə Obama qeyd edib. Prezident əmindir ki, İŞİD kimi qruplaşmanın təmsilçilərini labüd məğlubiyyət gözləyir: “Çünki gələcək həmişə qurucularındır, dağıdıcıların yox. Sülh Cim Fouli kimi insanlar və bu qətldən şoka düşən bəşəriyyətin əksəriyyəti tərəfindən formalaşır. Biz bir şeylə razılaşa bilərik – İŞİD tipli qruplaşmalara XXI əsrdə yer yoxdur”. Ağ Ev başçısı amerikalıları bütün dünyada müdafiə edəcəklərinə, ekstremistlərlə mübarizəyə ara verməyəcəklərini vəd edib.
Bu arada amerikalı jurnalistin girovluqdan azad edilməsi ilə bağlı ABŞ-ın göstərdiyi, lakin uğursuzluğa düçar olan   cəhdlərinin ilkinc detalları məlum olub. Sən demə, edamdan bir neçə ay Amerika dövləti onun xilası üçün xüsusi əməliyyat keçirib, lakin cəhd boşa çıxıb. Bunun ardınca isə terrorçuların tələb elədiyi təzminatın ödənilməsindən imtina edilib.
Boşa çıxan missiya haqda jurnalistlərə Ağ Ev təmsilçisi danışıb. Onun sözlərinə görə, missiya son ana kimi, daha doğrusu, girovları azad eləməkdən ötrü növbəti əməliyyata əngəl yaranmaması üçün gizli saxlanılıb. Məlumata görə, uğursuz əməliyyat bu ilin əvvəlində keçirilib.
“Delta” qruplaşmasının 20-dək xüsusi təyinatlısından ibarət komandanın missiyası birbaşa prezident Barak Obama tərəfindən sanksiyalaşdırılıbmış. Bildirilir ki, Suriyanın şimalında, neft emal edən zavodun yaxınlığında xüsusi təyinatlılar döyüşlə girovların saxlanıldığı ehtimal edilən yerə çatıblar. Havadan onlara bir neçə təyyarə və vertolyot dəstək verib. Lakin “Delta” döyüşçüləri lazımi nöqtəyə çatanda bəlli olub ki, orada heç bir girov yoxdur. Əsgərlər silahlılarla atışıblar. Bundan sonra Amerika təyyarəsi öz döyüşçülərini götürərək təhlükəsiz yerə aparıb.
Xüsusi təyinatlılardan biri yaralanıb. Terrorçular minimum bir təyyarəni atəşə tutub. Lakin dəstənin bütün üzvlərini evakuasiya eləmək mümkün olub. Döyüş zamanı bir neçə yaraqlı öldürülüb. Ağ Ev təmsilçisi komandosun neçə girovu azad eləmək istədiyi haqda isə konkret heç nə söyləməyib.
Lakin ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən iki nümayəndəsi Ağ Evin əməliyyat haqda informasiyanı açıqlamasına etiraz bildirib. Onlardan biri bunu belə izah edib ki, uğursuz əməliyyat yaraqlılara bir xəbərdarlıq olub ki, amerikalılar onlara qarşı yeni hərbi əməliyyat hazırlayır, odur ki, öz təhlükəsizliklərini daha da gücləndiriblər.
“Biz dəqiq bilmirik ki, onların (girovların – red.) yerini niyə dəyişibmişlər. Biz həmi yerə çatanda artıq gec idi. Ola bilsin dəstə bir neçə saat və ya 1-2 gün gecikibmiş” – deyir xüsusi təyinatlılardan biri. Ağ Ev rəsmisinin sözlərinə görə, kəşfiyyat “dəqiq elm” deyil, onun haqqında informasiyalar müxtəlif mənbələrdən toplanır və mənzərə də həddən-artıq böyük zaman ərzində qurulur: “Ancaq biz heç vaxt girovların bədbəxt durumunu unutmurduq”.
Uğursuz əməliyyatdan sonra isə İŞİD Amerika tərəfinə Foulinin, daha iki amerikalı və bir neçə britaniyalının azad edilməsi üçün çoxsaylı tələblərdən ibarət böyük bir siyahı verib. Siyahıda girovların azad edilməsi üçün təzminatdan (100 milyon dollar) tutmuş, terrorçuların silahdaşlarının, o cümlədən “əl Qaida” ilə əlaqədə suçlandırılaraq tutulan və Texas türməsində saxlanılan pakistanlı nevroloq Aaki Siddikin azad edilməsinə qədər bir sıra tələblər olub.
Lakin Amerika və Böyük Britaniya qanunvericiliyi girovların azad edilməsinə görə terrorçulara pul təzminatı ödəməyi nəzərdə tutmur. Bu iki dövlətdən fərqli olaraq Avropa Birliyi ölkələri öz vətəndaşlarını girovluqdan xilas eləmək üçün indiyədək müntəzəm şəkildə böyük paralar ödəyib. Təkcə 2014-cü ildə bu yolla ekstremistlərin əlindən 4 fransız və 3 ispan xilas edilib…
Siyasət şöbəsi

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Tags: SAVAŞ
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təranə Qumraldan ŞOK açıqlama

Next Post

Mənzildə 44 yaşlı kişi meyiti tapılıb

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Mənzildə 44 yaşlı kişi meyiti tapılıb

Bank of America 16,7 milyard dollar ödəməyə razı oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.