"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb – REPORTAJ, FOTOLAR

29 Mart 2016 - 14:08
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ

 Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR“Təmiz Binəqədi”, yoxsa…

Binəqədi rayonunda salınan “Azadlıq” parkı acınacaqlı durumdadır. Burada yaşayanların ən  çox dincəldiyi park baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Pakın döşəməsi dağılıb, ağaclar isə məhv edilir. Ətrafda aparılan onlarla tikili parkı tanınmaz hala salıb. “Azadlıq” metrostansiyası parkın içindən keçdiyindən buradan keçənlər əlindəki əşyalar parka atır.
 
 “Azadlıq” parkı Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşsə də, bu biabırçı vəziyyəti görməzdən gəlirlər. Yol kənarlarında “Təmiz Binəqədi” sözləri yazılsa da, mənzərə yuxarıda təsvir etdiyimiz kimidir.  biabırçı lakin görünür icra nümayəndələri bu şüarı layiqincə yerinə yetirə bilmirlər.
 
“Azadlıq” parkından Binəqədi Rayon İcra Hakimiyyətinə 1-2 dəqiqəlik yoldur. Kənardan icra hakimiyyətinin “Ağ Evi” xatırladan dəbdəbəli binası görünür. Geniş həyət, yaşıllıqlar içərisində ucalan bina…
Binanın həyətində 2-3 bağban işləyir. Xaricdən xüsusi gətirilmiş ağaclar yetişdirilir. İcra başçısı binanın həyətini qiymətli bitki hesab edilən Yaponiyanın “Zelkova Serrata”sı ilə bəzəyib.  Bir sözlə, cənnət-məkan… İcra nümayəndələri səliqəli və “Təmiz Binəqədi”ni, sən demə, öz idarələrinin həyətində yaradıblar. Həyətin dörd yanına da “təmizliyə riayət edin” sözləri yazılıb.
Ərazidə olduğumuz zaman diqqətimizi çəkən maraqlı bir məqam da oldu. İndiyədək dövlət qurumlarının qarşısında xüsusi “moyka” və ya kafeyə rast gəlməsək də, bu halı yalnız Binəqədi Rayon İcra Hakimiyyətinin həyətində gördük. Dəbdəbəli və bahalı mərmər daşlardan  tikilmiş “moyka” yalnız icra başçısının avtomobilini yumaq üçün tikilib. Belə ki, icra başçısı Xaləddin İsgəndərov icra hakimiyyətinin binasının qarşısında şəxsi avtomobillərinin yuyulması üçün “moyka” açıb. Fürsətdən istifadə edib, avtomobil yuyan sürücü ilə də həmsöhbət olduq. Bildirdi ki, bura yalnız icra başçısı Xaləddin İsgəndərova məxsusdur. Burada ancaq  icra başçısının avtomobili yuyulur.
Dövlət idarəsinin qarşısında şəxsi məqsədlər üçün hər hansı bir obyekt tikməyin qadağan  olduğunu yəqin ki, Xaləddin İsgəndərov da bilir.
 
Məğrur MƏRD
Fotolar müəllifindir






Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bank və lombard işbirliyi – Fikrət Yusifovun yazısı

Next Post

Kipr prezidenti: “Misir təyyarəsinin qaçırılması terror aktı deyil”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Next Post

Kipr prezidenti: “Misir təyyarəsinin qaçırılması terror aktı deyil”

Bakının mərkəzində nələr olur (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.