Rəsmi Ankara Almaniyaya kəskin etirazını bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj hazırlamasıdır.
Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Türkiyə tərəfi Almaniya hökumətindən tələb edib ki, “NDR” televiziya kanalının bu cür xoşagəlməz fəaliyyətinə qarşı tədbirlər görsün.
“NDR” televiziyasının bu addımı Türkiyəyə qarşı təxribat kimi qiymətləndirilir.




