"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıdan turistlər niyə qaçaq düşüb?

30 Mart 2016 - 11:15
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bakıdan turistlər niyə qaçaq düşüb?

Ekspertlər səbəbləri açıqlayır…

Bakıda son illərdə xeyli yeni hotellər tikilib. Həmçinin şəhərin xarici görünüşündə müsbətə doğru bir çox dəyişikliklər baş verib. Ancaq bütün bunlara baxmayaraq, turistlərin sayında artım müşahidə olunmur. Bu sahə ilə məşğul olanların fikrincə, əslində Bakı getdikcə turistlərin maraqlarından kənarda qalmağa başlayır. Bunun səbəbi isə müxtəlif cür izah edilir.
 
Rəsmi statistikaya görə, son 10 ildə ölkəyə gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Misal üçün, 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Bu rəqəmlərdən də göründüyü kimi bəhs etdiyimiz sahə üzrə iki dəfəyə yaxın azalma müşahidə olunur. 
Eyni zamanda ölkədən xaricə turizm yollayışı ilə gedən turistlərin sayı isə ildən-ilə artıb. Elə yuxarıda qeyd etdiyimiz illərdə xaricə gedənlərin sayına diqqət etsək şahidi oluruq ki, 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turizm yollayışı ilə səfər etmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb. Burada isə təxminən iki dəfə artım var.
 
Məsələ ilə bağlı musavat.com-a danışan turizm üzrə ekspert Məmməd  Əliyev bildirib ki, Bakıya turistləri cəlb etmək üçün ilk olaraq burada qiymətlərə nəzarət etmək lazımdır: “Digər ölkələrlə müqayisədə demək olar ki, Bakı turistlərin marağında deyil.  Çünki hər şey bahadır. Ancaq son illərdə əvvəlki zamanlarla müqayisədə az da olsa turistlərin sayında artım müşahidə olunur. Lakin bu, nəzərəçarpacaq dərəcədə böyük rəqəmlərlə deyil. Bakıda keçirilən oyunların da turizmin inkişafına təsiri deyərdim ki, olmadı. Novruz bayramı ərəfəsində adətən Bakıya iranlılar çox gəlirlər. Digər ölkələrdən isə demək olar ki, gələn olmur. Hotellərə baxsaq, bunu açıq şəkildə görmək olar. Bütün hotellər boşdur. Əgər İstanbulda 3-5 ulduzlu hotellərə baxarsaq, orada çox az halda boş yer görmək olar. Turistlərin əksəriyyəti Azərbaycana gəlincə, buradan daha ucuz olan Gürcüstana getməyi üstün tuturlar”.
 
Ekspert Elxan Vəliyev isə Azərbaycanda turizmin inkişafı üçün hansı addımların atılmalı olduğunu bildirib:“İlk növbədə qeyd edək ki, əvvəlki illərlə müqayisədə ölkədə turizmlə bağlı müəyyən tədbirlər həyata keçirilib. Ölkə başçısının  hökumətin müşavirələrində bu sahə ilə bağlı tapşırıqlarından sonra da  müəyyən hərəkətlilik var. Görülən tədbirlərdə rentabellik də nəzərdən keçirilsə, daha yaxşı olardı. Nəzərə alsaq ki, turizm sektorundan gələn gəlirlər iqtisadiyyatımızda bank sektorundan sonra ikinci barometr rolunu oynayır, o zaman bu sahənin inkişafı üçün konkret olaraq ciddi addımlar atılmalıdır.  İlk növbədə bu sahədə maarifləndirməyə diqqət etmək lazımdır. Bu, həm ölkə daxilində, həm də xaricdə aparılmalıdır. Ölkə daxilində fəaliyyət göstərən şirkətlər  maarifləndirilmə ilə  bağlı lazımi tədbirlər həyata keçirmirlər. Şirkətlər daha çox xaricə meyllənməli, rəqabəti daha çox xarici bazarda axtarmalıdır. Yəni gəlirlərin formalaşmasında gəlmə turizmi prioritet olaraq qəbul olunmalıdır. Bu kimi məqsədli şirkətlərə də müəyyən güzəştlər şamil edilməlidir. Çünki onların gətirəcəyi hər bir xaricinin ölkənin inkişafında böyük rolu olacaq. Eyni zamanda bu sahədə qeyri-hökumət təşkilatlarının  azlığından istifadə edərək də müəyyən qurumlar  öz  mənafelərinə uyğun davranırlar. Nəticədə isə ölkədə 2-3 şirkət  mənafeyinə uyğun şəkildə bazarda oyunlarını həyata  keçirir. Koordinasiyada kifayət qədər boşluq var. Bu hal da ölkənin turizm sektorunun inkişaf etməsinə mənfi təsir göstərir”.
Ekspert bildirib ki, eyni zamanda ölkəmizdə artıq çoxdan gözlənilən “taks-fri” güzəşti tətbiq edilməlidir:““Taks-fri” xarici müştəriyə ölkəni tərk edərkən aldığı əşyalara xərclədiyi əlavə dəyər vergisinin məbləğinin geri qaytarılmasıdır.  Bu güzəştin də tətbiq edilməsi turizmin inkişafına şərait yaradar. Bundan başqa, viza rejimində də dəyişiklik etmək olar. Misal üçün, konkret ölkələr seçilməlidir. Müəyyən zaman kəsiyində viza rejimi yığışdırılarsa, ölkəyə turist axınını təşkil etmək olar. Bu istiqamət üzrə də artıq bir çox addımlar atılıb. Novruz bayramı ərəfəsində ölkəyə turistlər gəldilər. Onlar pul xırdalamağa yer tapmırdılar. Bütün bu kimi xırda məsələlər də turistlərin ölkəyə axınına təsir edən amillərdəndir. Bunun qarşısını almaq lazımdır”.
 
E.Vəliyev həmçinin qeyd edib ki, hotellərin şirkətlərlə sıx əlaqədə olmaması ölkədə turizm sektorunun inkişafına mane olur: “Dünya təcrübəsinə əsaslansaq görərik ki, hotellərlə şirkətlər arasında sıx əlaqələr mövcuddur. Bizim ölkəmizdə bu hal arzuolunan səviyyədə deyil. Eyni zamanda turistlərin daha çox gənclər olduğunu nəzərə alarsaq, onlar üçün əyləncə məkanları da yaradılmalıdır. Həmin obyektlər xüsusi nəzarət altında saxlanılmalı və ancaq xarici qonaqlar üçün fəaliyyət göstərməlidir. Turistə ölkəmizdə pulunu xərcləməsi üçün şərait yaratmaq lazımdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İzabel Santos: `Azərbaycan pozitiv addım atdı`

Next Post

Rusiyada daha bir təyyarə qəzası

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyada daha bir təyyarə qəzası

"Rusların ipi ilə quyuya enmək olmaz" - İrandan Rusiyaya sərt ittiham

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.