"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış ilahiyyatçıya cinayət işi açıldı: “Müstəntiq hədə-qorxu gəldi”

30 Mart 2016 - 14:22
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Tanınmış ilahiyyatçıya cinayət işi açıldı: “Müstəntiq hədə-qorxu gəldi”
 
İlahiyyatçı, “Media Təqib Mərkəzi”nin direktoru Elşad Miri Vergilər Nazirliyində ona qarşı açılmış cinayət işi barədə geniş açıqlama verib.
Modern.az xəbər verir ki, Elşad Miri bildirib ki, onu 3-cü dəfədir Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinə çağırırlar.
İlahiyyatçının sözlərinə görə, hər dəfə gedəndə onu müstəntiq gah şöbə müdiri ilə, gah da başqa biri ilə görüşdürürlər. “Gülərüz sifətlə qarşılandığım məkandan nəticədə real sifətlərində (kinli, sifətindən nə isə tökülən formada) yola salırlar. Amma müstəntiqi istisna edirəm. İlk dəfə hədə-qorxu gələndən sonrakı üzbəüz görüşlərimizdə və telefon danışıqlarımızda gördüm ki və ya hiss etdirildi ki, heç də məsələ onluq deyilmiş.
Hər dəfə çağıranda deyirlər ki, qol çək, məsələ yekunlaşsın. Qol da çəksəm, onları məhkəməyə verməyim də olur, heç zad. Mən Vergilər Nazirliyini Məhkəməyə verəndə dərhal Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsi də mənim əleyhimdə vergidən yayınma adı ilə cinayət işi açmışdılar.
İzah edirəm ki, vergidən yayınma adı ilə 2 dəfə bank hesabımızdan sərəncamla şirkətimizə məxsus olan pulu götürmüsünüz. Mən isə sizi məhkəmə vermişəm ki, siz mənim imzam və möhürüm olmayan bir aktla şirkətimizdən oğurladığınız vəsaiti geri qaytarasınız. Məhkəməni və ekspertizanı da qəsdən uzadırlar ki, Nazirlik mənə qol çəkdirib məsələni bağlasın. Axırıncı dəfə də hakim dəyişib və üzərindən aylar keçməsinə baxmayaraq heç bir səs yoxdur”.
Elşad Miri bildirib ki, axırıncı dəfə Departamentin İstintaq idarəsinə gedəndə, özü ilə su aparıb.
“Departamentin vəzifəli şəxslərindən biri olan Zakir bəy mənə deyir ki, burada sizə su vermirlər? Dedim ki, Zakir bəy, sizin evinizdən oğurluq olub? Dedi ki, yox. Dərhal əlavə etdi ki, Allah eləməsin. Dedim, gözəl. Dedim ki, evimdən oğurluq ediləndən bu günə kimi 1 ildən çox vaxt keçib və heç bir irəliləyiş yoxdu. Yalandan birilərinin boynuna atmaq istədilər. Amma bu da yarımçıq qaldı. Sonra da, dövlətin bir qurumunun balaca bir müfəttişinin imzam və möhürüm olmayan aktına əsasən şirkətimdən oğurluq edilib. Oğurluq, dinimizə görə hər bir halda, haramdır, qanunlara görə də cinayətdir. Fakt, sizin çalışdığınız qurum şirkətin bank hesabından o pulun 2 qatını çəkib. Sonra da həmin pullarla həm sizin maaşlarınız verilir (bonuslar, hədiyyələr və s.), həm də bura su alırsınız.
Dedim ki, mənim indi bu sudan içməyim nə dərəcədə doğrudur? Cavabı bu oldu ki, yaman hücum taktikası seçmisiniz haa…
Yenə həmin şəxs də mühazirəsini tamamlayandan sonra, şirin dillə qol çəkməyimi istədi ki, məsələ bitsin. Dedim ki, burada işçilərimin haqqı var. Onların maaşlarının gecikməsinə səbəb olmusunuz.
Buna görə də axıra qədər, gedə bildiyim qədər gedəcəm. Artıq həm evimdən edilən oğurluq, həm də şirkətimdən edilən oğurluq barədə cənab Prezidentə də məktub hazırlayıram… Ədalətin bərqərar olması üçün, bu məsələdə enerji sərf etməyə dəyər. Əks təqdirdə, ədalətsizlik olacağına inanmaq istəmirəm, amma olarsa, daha ədalətli yerlər axtarışına başlamaq lazım gələcək…”
İlahiyyatçı ona göndərilən çağırış vərəqəsinin mətnini də paylaşıb:
“Ç A Ğ I R I Ş V Ə R Ə Q Ə S İ “Media Təqib Mərkəzi” MMC-nin (VÖEN 1002849341) direktoru və təsisçisi
Miriyev Elşad Paşa oğluna “Media Təqib Mərkəzi” MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı ilə başlanmış 152981550 nömrəli cinayət işi üzrə əlavə şahid qismində dindirilməyiniz üçün şəxsiyyətinizi təsdiq edən sənədləri təqdim etməklə 30.03.2016-cı il tarixdə saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 24 ünvanında yerləşən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi Ramin Qarayevin çağırışına gəlməlisiniz.
Çağırışa göstərilən tarixdə gəlməyiniz zəruridir. Əks halda Azərbaycan Respublikası CPM-in 178-ci maddəsinə əsasən məcburi gətiriləcəksiniz. Vergi Cinayətlərinin İbtidai Araşdırılması
Departamenti İstintaq idarəsinin
2-ci şöbəsinin böyük müstəntiqi,
3-cü dərəcəli hüquqşünas Ramin Qarayev Tel: 050-221-90-91, iş: 012-403-85-78 28.03.2016”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`ABŞ Azərbaycanın ərazi bütövlüyü dəstəkləyir` – XİN

Next Post

Qubad İbadoğlu hakimiyyətin ona vəzifə verməsindən danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qubad İbadoğlu hakimiyyətin ona vəzifə verməsindən danışdı

Proqnoz: ​Dollar sürətlə ucuzlaşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.