Kremlin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Vaşinqtonda keçiriləcək nüvə sammitində iştirak etməmə səbəbinə aydınlıq gətirib.
Avropa.info xəbər verir ki, Peskov Putinin imtinasını görüşə hazırlıq mərhələsində Vaşinqtonla aralarında olan qarşılıq münasibətlərin “defisit”i ilə izah edib. Moskva hesab edir ki, nüvə təhlükəsizliyi sualı daha sıx və qarşılıqlı səyləri, qarşılıqlı maraqların nəzərə alınmasını ehtiva etməlidir.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin köməkçisi Ben Rods demişdi ki, Rusiya nüvə sammitində iştirakdan imtina edərək, özünü dünyadan izolyasiya edib.
Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammit 31 mart – 1 aprel tarixlərində keçiriləcək. Sammitdə 50-dən çox dövlət iştirak edəcək. Əsas müzakirə mövzusu nüvə terrorizmi ilə mübarizə olacaq.




