Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Görüşdə perspektivli nəqliyyat layihələri və Xəzər dənizində çoxtərəfli qarşılıqlı münasibətlər məsələlərinin müzakirəsi gözlənilir”, – deyə Zaxarova qeyd edib.




