"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisindən vətəndaşa qarşı aşkar quldurluq

31 Mart 2016 - 23:47
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yol polisindən vətəndaşa qarşı aşkar quldurluq

Sürücü aşkar şəkildə pozulmuş haqqını bərpa etməkdən ötrü döymədiyi qapı qalmayıb – bütün qapılardan gələn cavablarda yol polisinin özbaşınalığı təsdiqini tapır, amma heç kim tədbir görmək istəmir. Hadisə 02 noyabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində baş verib. 99 BA 027 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobili idarə edən Saatlı şəhər sakini Əliyev Nizami Hüseynalı oğlu İmişli Dövlət Yol Pilisi bölməsinin inspektoru Elvin Nəhmədov tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, avtomobil texniki baxışdan keçməyib. Lakin sənədləri araşdırarkən məlum olub ki, avtomobil texniki baxışdan keçib və növbəti texniki baxışın vaxtı hələ çatmayıb. Cəhdinin boşa çıxdığını görən DYP inspektoru ona bildirib ki, sən təhlükəsizlik kəmərindən istifadə etməmisən. Sürücü isə bildirib ki, o hər zaman kəmərdən istifadə edir və indi də avtomobili kəmərlə idarə edirdi. Amma Elvin Nəhmədov heç bir sübut təqdim etmədən ona protokol tərtib edib, sürücü protokolu imzalamaqdan imtina edib və sənədlərini geri tələb edib. Lakin Elvin Nəhmədov avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini ona qaytarmaqdan boyun qaçırıb. Sürücü dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib və avtomobilinə əyləşərək çıxıb gedib.

Sonradan Əliyev Nizami Hüseynalı oğlu DYP Saatlı rayon bölməsinə çağırılıb, protokol barədə ona bildiriş verilib və sənədləri geri qaytarılıb. Sürücü 10 günlük müddət bitmədən yuxarı qurumlara – DYP-nin rəisi Ramiz Zeynalova şikayət edib və protokolda göstərilmiş inzibati xəta ilə bağlı sübutları tələb edib. DYP inzibati xəta ilə bağlı ona heç bir sübut təqdim edə bilməyib, amma bununla belə protokolu qüvvədə saxlayıb. Üstəlik, qanunsuz olaraq sənədləri girov saxlayan inspektor barədə də heç bir tədbir görülməyib.
Maraqlıdır ki, İmişli rayon polis şöbəsindən onun şikayətinə verilən rəsmi cavabda da Elvin Nəhmədov adlı inspektorun onun sənədlərini həqiqətən geri qaytarmadığı təsdiqlənir, amma nə qədər qəribə olsa da, polis şöbəsi onun bu hərəkətində qanunsuzluq görmür.
Əliyev Nizami Hüseynalı oğlu yol polisinin özbaşınalığı barədə bir çox dövlət qurumlarına müraciət edib. Amma aşkar şəkildə təqdiqlənən özbaşınalıq faktı ilə bağlı heç bir tədbir görülmür. Qeyd edək ki, əvvəllər 102 xidmətinə ünvanlanan müraciətlər zamanında araşdırılaraq tədbir görülürdü, amma son vaxtlar artıq bu xidmət də vətəndaşların müraciətlərini cavabsız qoyur.
Məlumat üçün xatırladaq ki, Elvin Nəhmədov adlı DYP inspektoru barədə belə şikayətlər əvvəllər də yer alıb. 24 mart 2015-ci il tarixdə Bizimyol.info saytında yer almış «Polis 200 manata görə sənədlərimi qaytarmır…» başlıqlı yazıda Elvin Nəhmədov tərəfindən İmişli rayon sakini Nəsirov Bəxtiyar Şakir oğlunun sənədlərinin qanunsuz olaraq girov saxlanılması barədə məlumat yer alıb. Şikayətçi bildirb ki, Elvin Nəhmədov sənədlərini qaytarması üçün ondan 200 manat pul tələb edib, o isə 50 manatını verib və qalanını da sonra verəcəyini deyib. Ardınca sürücü avtomobili aylarla sənədsiz sürməyə məcbur olub, çünki pulun qalanını ödəyə bilmədiyinə görə inspektor onun sənədlərini geri qaytarmaqdan boyun qaçırıb. Bu məsələ ilə bağlı saytımıza açıqlama verən DYP ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev inspektorun əməlləri ilə bağlı araşdırma başlatmaq əvəzinə sürücünü günahkar çıxarıb: “Əgər belə bir fakt olubsa, niyə indiyə kimi sürücü susub? Qanunsuz pul tələb edirdilərsə, prokurorluq orqanlarına müraciət edərdi. Amma o, aylarla susub, indi danışır”. Yəni belə çıxır ki, sürücü hadisə barədə gec danışıbsa, daha inspektorun heç bir günahı qalmır – hətta adam öldürübsə, belə…
İndiki halda isə Əliyev Nizami Hüseynalı oğlu zamanında bütün instansiyalara müraciət edib, amma heç bir nəticəsi yoxdur. Qanunvericiliyə görə haqqında danışılan situasiyada DYP əməkdaşının sənədləri özündə saxlaması aşkar qanunsuzluqdur. Üstəlik, sənədlərini geri ala bilməyən sürücü sənədsiz-filansız DYP əməkdaşlarının gözləri qaşısında avtomobilinə oturub çıxıb gedib, amma yol polisi onu saxlamayıb. Bu hal onu göstərir ki, inspektor sənədləri məqsədli şəkildə özündə saxlayıb, yəni heç də sürücü sənədlərini orada atıb getməyib. Əgər belə olsaydı, inspektor onun sənədsiz halda avtomobilə oturub uzaqlaşmasına imkan verməzdi.
DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsi telefon zənglərimizə cavab vermədiyinə görə qarşı tərəfin mövqeyini ala bilmədik. Hadisə ilə bağlı DYP-nin mövqeyini öyrənib əlavə məlumat verəcəyik.

Sürücü aşkar şəkildə pozulmuş haqqını bərpa etməkdən ötrü döymədiyi qapı qalmayıb – bütün qapılardan gələn cavablarda yol polisinin özbaşınalığı təsdiqini tapır, amma heç kim tədbir görmək istəmir. Hadisə 02 noyabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində baş verib. 99 BA 027 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobili idarə edən Saatlı şəhər sakini Əliyev Nizami Hüseynalı oğlu İmişli Dövlət Yol Pilisi bölməsinin inspektoru Elvin Nəhmədov tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, avtomobil texniki baxışdan keçməyib. Lakin sənədləri araşdırarkən məlum olub ki, avtomobil texniki baxışdan keçib və növbəti texniki baxışın vaxtı hələ çatmayıb. Cəhdinin boşa çıxdığını görən DYP inspektoru ona bildirib ki, sən təhlükəsizlik kəmərindən istifadə etməmisən. Sürücü isə bildirib ki, o hər zaman kəmərdən istifadə edir və indi də avtomobili kəmərlə idarə edirdi. Amma Elvin Nəhmədov heç bir sübut təqdim etmədən ona protokol tərtib edib, sürücü protokolu imzalamaqdan imtina edib və sənədlərini geri tələb edib. Lakin Elvin Nəhmədov avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini ona qaytarmaqdan boyun qaçırıb. Sürücü dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib və avtomobilinə əyləşərək çıxıb gedib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəbhədə 50 erməni hərbçisi məhv edildi…

Next Post

“Elçibəy deyirdi ki…” – Novella Cəfəroğlunun “Şəxsi iş”ində erməni izi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Elçibəy deyirdi ki...” – Novella Cəfəroğlunun “Şəxsi iş”ində erməni izi

Prezident məşhur şirkətin vitse-sədri ilə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.