Rusiya və Türkiyə regional problemlərin həlli məqsədi ilə əməkdaşlığı yeniləməlidir.
Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan çıxış edib.
“Təəssüf ki, 24 noyabrdan sonra Rusiya ilə münasibətlərdə ağır dövr yaşadıq və bundan narahat oluruq. SSRİ-nin dağılmasından sonra onlar uğurla inkişaf edirdilər, ancaq sonradan yaşanan SU-24 qalmaqalını Rusiya rəhbərliyi başqa səmtə çəkməyə çalışdı. Moskvanın kəskin reaksiyasına baxmayaraq, regional problemlərin həlli üçün biz əməkdaşlığımızı yeniləmələyik, çünki Rusiya və Türkiyə bizim coğrafiyamızda əhəmiyyətli ölkələrdir”, – Ərdoğan qeyd edib.
Ərdoğan Ukrayna böhranı ilə bağlı açıqlamasında məsələnin Minsk razılaşması çərçivəsində həll edilməsinin lazım olduğunu bildirib.




