
Türkiyənin Bursa şəhərindəki dövlət xəstəxanalarından birində cərrah İlkər Şahin qadınlara qarşı şiddətə etiraz əlaməti olaraq maraqlı bir kampaniya təşkil edib.
Belə ki, həkim xəstəxanadakı otağının qapısına “Qadına əl qaldıran heyvanlara bu xəstəxanada baxılmır. Onlara baytarlar tərəfindən baxılır” sözləri yazılmış lövhə vurub.
Bu addımı sosial mediada ciddi reaksiyaya səbəb olan həkim isə yerli mediaya açıqlamasında deyib ki, əslində həkimlər Hippokrat andı içirlər: “Ona görə də hər kəsi müayinə etməliyik. Amma mən şəxsi mövqeyimi ortaya qoymaq məqsədilə belə bir yazı yazdım. Məqsədim cəmiyyətin bu qanayan yarasına diqqət çəkməkdir”.
Həkim bildirib ki, silah daşımaq üçün sənəd almaq istəyən vətəndaşlar da ona müraciət edir. Bu zaman həkim onlardan qadına əl qaldırıb-qaldırmadığını soruşur. Suala təsdiqləyici cavab verən şəxslərə həkimin münasibəti birmənalı olmur.



