"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Əliyevin ABŞ görüşləri: Azərbaycanın xarici siyasət kursunun dəyişmədiyi bir daha təsdiqləndi – ŞƏRH

01 Aprel 2016 - 14:38
in XƏBƏR LENTİ

Rəsmi Bakı Qərblə əməkdaşlığa üstünlük verməkdədir

Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammiti işə başlayıb. Bu zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla 60-dan artıq dövlətin başçısı iştirak edir. Qeyd edək ki, qonşu dövlətlər – Rusiyanın prezidenti Vladimir Putin tədbirə qatılmayıb, İranın hökumət başçısı isə sammitə dəvət olunmayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xatırladaq ki, daha öncə Nüvə Təhlükəsizliyi Sammiti 2010-cu ildə Vaşinqtonda, 2012-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda və 2014-cü ildə Niderland krallığının Haaqa şəhərində keçirilib.

Zirvə toplantısı çərçivəsində dövlət başçıları və rəsmiləri dünyanı narahat edən problemlər, ikitərəfli münasibətlərə dair məsələlər və nüvə təhlükəsindən danışıblar.

Prezident İlham Əliyev də sammit çəçivəsində Azərbaycanı narahat edən məsələləri, bölgədəki vəziyyəti ABŞ rəsmiləri ilə müzakirə edib.

Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycanın bölgədə oynadığı rola da diqqət ayırıb. İlham Əliyevlə amerikalı diplomat arasındakı söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edilib, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirilib, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb. Mətbuat üçün açıqlamada Con Kerri ABŞ-ın Azərbaycanla güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ölkəsində maraqla izlənildiyini qeyd edib.

Prezident Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilməməsini bir daha ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Ötən gecə isə Prezidenti İlham Əliyev ABŞ-ın vitse-prezidenti Co Bayden ilə görüşüb. Co Bayden Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ölkəsinin qətiyyətlə dəstəklədiyini, bunun Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını qeyd edib.

Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Vaşinqtonda ABŞ-ın ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.

Prezidenti İlham Əliyev, həmçinin Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “Export-Import” Bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb. Görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ölkə başçısının IV Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammiti çərçivəsində ABŞ rəsmiləri və iş adamları ilə keçirdiyi görüşlərdə müzakirə edilən məsələlərin əsas istiqamətləri kimi bunları qeyd etmək olar:

– Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin azad edilməsi istiqamətində ABŞ-ın səylərini artırması;

– “Cənub Qaz Dəhlizi” layihəsinə ABŞ-ın dəstək verməsi;

– Azərbaycanın bank-maliyyə sahəsinə amerikalıların cəlb edilməsi;

– Azərbaycanın qeyri-neft sektoruna ABŞ iş adamlarının sərmayəsinin cəlb olunması;

– Respublika ərazisindən keçən və keçəcək nəqliyyat xətləri ilə bağlı əməkdaşlığın genişləndirilməsi;

– Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakı;

– Beynəlxalq terrorçuluğa qarşı mübarizədə Azərbaycanın oynadığı önəmli rol;

– ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsi və əməkdaşlığın gücləndirilməsi;

– ABŞ-ın Azərbaycana müttəfiq olaraq yanaşmasının nümayişi;

– Azərbaycanda aparılan islahatların rəsmi Vaşinqton tərəfindən müşahidə edilməsi və s.

Bu kimi məsələlərin müzakirə edilməsi həm də ABŞ-ın Azərbaycana marağının azalmadığının göstəricisi də sayıla bilər.

Dövlət başçısının keçirdiyi görüşlər iki ölkə arasındakı qaranlıq qaldığı ehtimal olunan bəzi məqamlara da aydınlıq gətirdi. Əslində, Prezidentin sammitə dəvəti özü-özlüyündə tərəflər arasında ciddi problemin olmadığını, yaranmış vəziyyətdən Azərbaycanı sevməyənlərin faydalanmaq istədiyini sübuta yetirmişdi.

Ölkə başçısının amerikalılarla keçirdiyi görüşlər Azərbaycanın siyasi-iqtisadi yönünün dəyişmədiyini bir daha sübut etdi. Başqa sözlə, rəsmi Bakı Qərblə əməkdaşlığa önəm verdiyini bir daha nümayiş etdirdi. Bunun üçün isə qarşı tərəfin də Azərbaycana yönəlik addımlar atması vacib sayılır. Bura ölkənin ərazi bütövlüyünün təmin olunması, suverenliyinin qorunması, təhlükəsizliyinə təminatın verilməsi kimi şərtlər də daxildir.

share-block__img

Sədrəddin İsmayılov

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentlər üçün Ağ Evdə ziyafət təşkil olunacaq

Next Post

“Report”: Dolların dünya bazarında ucuzlaşması gözlənilir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Report": Dolların dünya bazarında ucuzlaşması gözlənilir

Prezident İlham Əliyev Ağ Evdə (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.