"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda kanalizasiyaların çoxu işləmir – Görüntü üçün qoyulub

01 Aprel 2016 - 21:14
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan paytaxtında yağış sularının yığılması üçün anbarların tikilməsi təklif edilir

“Bakıda olan yolların 1750 km-də yağış ötürücü kanalizasiya xətti yoxdur”. Avtosfer.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

O bildirib ki, martın 29-da Bakıya 15, Maştağaya isə 19 mm yağıntı düşüb: “Bu, çoxillik göstəricinin 70 faizi deməkdir, yəni aylıq göstəricinin 70 faizi bir gündə düşüb. Bakıda kanalizasiya sistemləri elə qurulub ki, yağış suyunu birdən-birə apara bilmir. İki cür kanalizasiya sistemi var: məişət kanalizasiya sistemi, bir də yağış ötürən kanalizasiya sistemi. Hər bir yolun kənarında yağış suyunu ötürmək üçün yerlər olmalıdır. Həmin yerdən su ümumi kanalizasiya sisteminə qoşulur. Lakin Bakıda yağış ötürən kanalizasiya sistemi bəzi yerlərdə ya tutulub, ya da yoxdur”.

Mütəxəssis Bakıda yolların ümumi uzunluğunun 2000 km olduğunu xatırladıb. O deyib ki, bu yolların 1/8-də, yəni 250 km-də yağış ötürücü kanalizasiya xətti var, 1750 km-də isə yoxdur: “Bunun səbəbi yolu tikib layihələndirəndə bu xətlərin çəkilişinin nəzərə alınmamasıdır. Halbuki, Bakı amfiteatrı xatırladır. Aşağıdan başlanır, yuxarıya qədər artır, yəni bu xətləri çox asanlıqla çəkmək olar”.

İqlimşünasın sözlərinə görə, Bakıya bir il ərzində borular vasitəsilə gələn içməli suyun miqdarı qədər də atmosfer yağıntısı düşür: “Bakıya bir il ərzində kəmərlər vasitəsilə 0,63 kub/km su gətirilir, il ərzində isə 0,58 kub/km yağış düşür. Yağış suyunu səmərəli istifadə etmək olar. Yağışın təxminən yarısı bərk örtüklü ərazilərə düşür. Torpağa düşən su hopur, qalmır. Bərk örtüklərə, yəni yollara və binaların damına düşən suyu isə binanın həyətində kiçik su anbarları yaradıb, ora yığmaq olar və yayda da bu sudan yaşıllıqların sulanmasında istifadə etmək daha faydalı olar. Ancaq biz Bakıya çox baha qiymətə borularla gətirilən içməli sudan yaşıllıqların suvarılmasında istifadə edirik”.

M.Həsənov qeyd edib ki, yolların kənarlarına yağan yağış suyu Bakı amfiteatr formasında olduğu üçün bir istiqamətdə gedir: Bu suların getdiyi istiqamətdə kiçik su anbarları yaradıb, yağış sularını ora da yönəltmək olar. Bu su anbarlarının yaranmasına çox vəsait tələb olunmur. Yağış suyunun asfalta vurduğu zərərin 1/10-i qədər xərc ora getmir. Məlumdur ki, yağış ən keyfiyyətli asfaltın üzərində müəyyən müddət qalırsa, həmin asfaltın keyfiyyəti 50 faiz itir. Yeni yola sərf olunacaq vəsaiti anbar tikintisinə sərf etmək olar. Bununla da biz həm içməli suya qənaət edər, həm də yollarımızı mühafizə edərik, avtomobillərimizi, insanlarımızı su ilə dolu yollardan, palçıqdan qoruyarıq. Bu işə hökumət səviyyəsində baxılmalıdır”.

Mütəxəssis bildirib ki, kanalizasiya sistemi quranlar ərazinin relyefini nəzərə almırlar: “Bizim ən yaralı yerimiz belə işlərdə mütəxəssislərə müraciət olunmamasıdır. Elmlə istehsalat və təsərrüfat arasındakı məsafəni azaltmaq lazımdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədən rus pilotu öldürənlə bağlı – Şok iddia

Next Post

​Dünya Bankı Azərbaycana daha 50 mln. dollar ayırır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

​Dünya Bankı Azərbaycana daha 50 mln. dollar ayırır

Ordu yenidən hücuma keçdi: İŞİD Mosulu itirir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.