
Məsələ ilə bağlı 7News.az hər iki jurnalistin mövqeyini öyrənməyə çalışıb. İctimai Televiziya və Radio Yayımları şirkətinin “Carcifilm” Yaradıcılıq Birliyinin direktor müavini Rauf Rəcəbov açıqlamasında bu barədə məlumatı mətbuatdan eşitdiyni deyib: “Demokratik bir dövlətdə yaşayırıq, azad mətbuatın fəaliyyət göstərdiyi ölkəmizdə hər bir vətəndaşın fikir söyləmək haqqı var və hər kəsin də məhkəməyə müraciət etmək hüququ var. Hələlik məhkəmədən mənə hec bir rəsmi bildiriş gəlməyib. Çox güman ki, ittiham aktıyla tanış olandan sonra mən də qarşı tərəfə eyni üsulla cavab vermək hüququmu özümdə saxlayıram”
Məhkəmədə Qulu Məhərəmmli ilə bağlı heç kimin bilmədiyi faktları açıqlayacağını deyən R.Rəcəbov sona qədər mübarizə aparacağını deyib: “Düşünürəm ki, Qulu Məhərrəmli mənə qarşı elədiyi nankorluq və haqsızlığa görə hələ də öz layiq olduğu cəzasını almayıb. Məhkəmədə mənim də ona çoxlu suallarım olacaq. Azərbaycan cəmiyyəti belə bir maskalanmış şər-şəbədə ustasının iç üzünü görəcək. Azərbaycan cəmiyyəti Qulu Məhərrəmlinin əsl simasını məhkəmədə görəcək”
Elchi.az



