
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Nəmirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 130 dəfə atəş zərbəsi endirib.
Elchi.az -ın cəbhə bölgəsindən aldığı xəbərlərə görə gecə saatlarından başlayaraq atışma intensivləşib. Erməni tərəfin böyük itki verdiyi bildirilir. Azərbaycan ordusunun hərbi qüvvələri cəbhə boyu döyüş vəziyyətinə gətirilib. Sərhəddə yaşayan sakinlərdən gələn xəbərlərə görə Milli Ordumuz Agdərə və Agdam istiqamətində Talış kəndi də daxil olmaqla bir neçə kəndi düşmənlərdən azad edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Fb səhifəsində xəbərləri təsdiqləyərək Azərbaycan tərəfinin də itki verdiyini bildirib. Onun iddiasina gorə erməni tərəfi əks hücuma keçib və Milli ordumuz hərbi helikopterini itirib.



