Kremlin sözçüsü Dmitri Peskovun qızı Liza Peskov beynəlxalq ictimaiyyətin Türkiyədəki terror hücumlarına reaksiya verməməsini tənqid edib.
Musavat.com xəbər verir ki, türkoloq olmaq üçün Moskva Dövlət Universitetində türk dili öyrənən Liza bu barədə İnstagram hesabında yazıb.
Peskova: “Mən Ankarada doğuldum. Həyatımın ilk illərini orada keçirdim. Atam və babam tükoloqdur. Mən də Moskva Dövlət Universitetində türk dili öyrənirəm. Ətrafımızda olanların iki üzlü olduğunu və ikili oynadıqlarını hiss edirəm. Niyə internet türk bayraqları ilə dolu deyil? Ankarada martın 13-ü evinə avtobusla qayıdan insanların ölümü, Parisdəki insanların ölümündən daha əhəmiyyətsizdir? Yəni terror daha əhəmiyyəti və az əhəmiyyətli olaraq iki yerə bölünür? ” deyə yazıb.
Peskova Türkiyədə doğulduğunu, Rusiya və Fransada yaşayıb, təhsil aldığını qeyd edərək bunları deyib: “Terrorla qarşılaşan başqa ölkələrin insanlarına da dərin başsağlığı diləklərimi göndərirəm”.
Kreml sözçüsünün qızı sonda türkcə bu ifadələri yazıb: “Türkiyə, ailəm və mən sizin yanınızdayıq və kədərliyik”.




