"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Prezident Əliyev Obama ilə özəl görüşüb, böyük proseslər başlayır” – iddia

04 Aprel 2016 - 09:13
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Prezident Əliyev Obama ilə özəl görüşüb, böyük proseslər başlayır” - iddia

Azərbaycan rəhbərinin ABŞ-da keçirdiyi görüşlərin iki günlük Qarabağ savaşı ilə bağlantısı varmı? Vaşinqtondakı təmaslardan Rusiyanın qıcıqlanması mümkündür və bu, heç də Qarabağ məsələsində Ağ Evin təşəbbüsü ələ almaq istəməsindən yaranmayıb…

Vaşinqtonda keçirilən  IV Nüvə Təhlükəsizlik Sammiti başa çatdı. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi sammit çərçivəsində Amerikanın siyasi-iqtisadi çevrələri ilə keçirdiyi görüşlərdən dərhal sonra Qarabağ cəbhəsində vəziyyətin kəskin pisləşməsi haqlı suallar yaradıb. 
Məlumdur ki, ABŞ prezidenti Barak Obamanın rəhbərlik etdiyi sammitdə Rusiya rəhbərliyi iştirak etmədi. Azərbaycan prezidentinin ən yüksək səviyyədə – dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden, eləcə də digər siyasi təmasları ciddi diqqət çəkdi. Keçmiş sovet respublikaları sırasında bu cür diqqət yalnız Ukrayna prezidenti  Pyotr Poroşenkoya göstərildi ki, bunun  da səbəbləri məlumdur. 
Azərbaycana Ağ Ev rəhbərliyinin xüsusi diqqətinin Rusiyada qıcıqla qarşılanacağı gözlənilən idi.  Qarabağ cəbhəsində baş verənlər barədə məlumatlar hələ ki tam açıqlanmayıb. Artıq atəşkəs elan olunmuş iki günlük hərbi eskalasiyaların planlaşdırılmış əməliyyat, yoxsa erməni tərəfinin təxribatı olması barədə yekdil rəy də yoxdur. Kreml rəhbərliyinin hərbi əməliyyatların başladığı ilk saatlarda “qollarını çirmələməsi”nin, sülh çağırışları etməsinin nə dərəcədə səmimi olduğunu söyləmək də çətindir.  Amma cəbhədə baş verənlərdə Kremlin “barmağı” olduğunu düşünənlər də az deyil.
Obamanın Əliyevə şifrəli mesajı – “Arxandayıq”
Vaşinqtondakı diplomatik mənbələrə yaxın dostlarımızdan aldığımız məlumata görə, Rusiyanın qıcıqlanması səbəbsiz deyil və bu, heç də Qarabağ məsələsində Vaşinqtonun təşəbbüsü ələ almaq istəməsindən yaranmayıb. Mənbəmizin iddiasına görə, ABŞ prezidenti Barak Obama ilə Azərbaycan prezidenti arasında rəsmi qaynaqlara düşməyən görüş olub.
Görüşdə xüsusilə Xəzərdə birgə təhlükəsizlik məsələsi müzakirə olunub və Amerikanın Xəzərdə təhlükəsizliyin təmin edilməsində iştirakı ilə bağlı ilkin razılıq da əldə edilib. Əgər anlaşma reallaşarsa, ilin sonunda Amerikanın ən müasir texnologiya ilə təmin edilən kəşfiyyat gəmilərinin Xəzərdə görünməsi mümkündür.
Xəbərlərə görə, Amerika rəsmiləri Azərbaycana hər cür siyasi və hərbi dəstək veriləcəyini vəd ediblər. Əgər iddialar gerçəkdirsə, bu, faktiki Xəzərdə Rusiyanın təkhakimiyyətliliyinin sonu deməkdir ki, iddialara görə, Rusiyanı da ən çox bu razılaşma narahat edib və bu da cəbhədəki gərginliklə müşahidə edilib. Xatırladaq ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda ilk uzaqmənzilli raketləri  məhz Xəzər dənizindən buraxmışdı. Rusiya hərbiləşdirdiyi və özünü tək sahibi hesab etdiyi Xəzərin sahilyanı ölkələrini bu barədə heç xəbərdar belə etməmişdi.
Yeri gəlmişkən, Rusiyanın siyasi elitasının Vaşinqton sammitini boykot etməsinin özəl səbəbləri sırasında Suriya məsələsi də var. Vaşinqtondakı qaynağımız redaksiyaya yazır ki, Rusiya prezidentini ABŞ-da Ağ Evin hazırladığı sürpriz gözləyirmiş. Söhbət ondan gedir ki, Rusiya əslində Suriyadan qoşunlarını çıxarmayıb; Rusiyaya göndərilən kontingentin yerinə İran üzərindən Suriyaya geniş tərkibli hərbi hissə yollayıb. Rus hərbçiləri İran ordusunun formasında Bəşər Əsədə dəstək üçün Suriyada yerləşdirilib.
Bu, faktiki Putinin beynəlxalq birliyi aldatmasıdır. Bu məlumatları təkzibolunmaz sübutlarla ABŞ kəşfiyyatı əldə edib. Pentaqon rus ordusunun Suriyada hansı hərbi mövqelərdə yerləşdiyini əldə edib.  ABŞ bu məlumatları Putinin Vaşinqtona səfəri zamanı mətbuat konfranslarında açıqlamağı planlayıb.  Yəni sammitdə Putinin dünya birliyinə necə kələk gəlməsi ən yüksək səviyyədə açıqlanacaqmış.  Amma Kreml də  ayıqlıq göstərərək Amerikanı bu ifşa zövqdən məhrum edib. Rusiya imtinanı  iki ölkə arasında nüvə  razılaşması olmaması ilə izah etsə də, belə görünür ki, Putin deşifrə diskomfortu yaşamaq istəməyib.
Mötəbər hesab olunan mənbəmizin redaksiyaya yolladığı elektron məktubda bir sıra təfsilatlar da yer alıb. Orada bildirilir ki, Rusiya Suriyaya, Əsədə dəstək üçün yolladığı hərbi kontingenti “…Moskva Tehran reysi ilə uçan sərnişin təyyarələrində İrana, oradan da İran hərbçilərinin geyimi ilə Şama göndərib. Nüvə sammiti ərəfəsində Pentaqon bunu deşifrə edib və Putinə qarşı ”ictimai ifşa” hazırlanıb… Bundan başqa, Pentaqon Ağ Ev üçün Azərbaycan prezidenti ilə bağlı xüsusi məruzə hazırlayıb. 
Orada vurğulanır ki, ABŞ Azərbaycan prezidentinə tam dəstək verməlidir; Rusiyanın təzyiqlərinə qarşı Azərbaycanı tək buraxmaq olmaz.  Məhz Azərbaycan hakimiyyəti ilə isti münasibətlər sayəsində Amerika Xəzərdə 3-cü ölkə kimi iştirak edə bilər. Məruzədə Xəzərdəki Amerika maraqları konteksində Türkmənistan da açar ölkə kimi göstərilir və onun Azərbaycanla yaxınlaşması vacibliyi qeyd edilir. Mümkündür ki, yaxın zamanlarda məhz Amerikanın da dəstəyi ilə Türkmənistan, Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi və siyasi proses –  inteqrasiya başlasın. Bu üçlü ittifaq həm də bölgədə İran və Rusiya təsirini qismən neytrallaşdıra biləcək faktor kimi nəzərdə tutulub”.
Qaynaq yazır ki, Pentaqon Azərbaycan və bölgədəki istiqrar (sabitlik) baxımından prezident  İlham Əliyevi əvəzedilməz fiqur kimi təqdim edir. Və Ağ Evi Azərbaycan prezidentinə tam dəstək verməyə çağırıb: “Pentaqonun bu önərisi artıq qəbul olunmuş sayılır. Obama administrasiyası bu sənəddəki təklifləri qəbul edib. Hətta yaxın günlərdə Azərbaycana Amerikanın üst-düzey hərbi müşavirləri səfər edəcəklər və Xəzərin təhlükəsizliyi ilə bağlı dialoqlar davam etdiriləcək. Kremil bundan qismi xəbərdardır, ona görə də aqressivləşib”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağın taleyində mühüm dönəm başlayır… – qanlı savaşın pərdəarxası

Next Post

Ermənilər Qarabağdan insanları təxliyə edirlər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ermənilər Qarabağdan insanları təxliyə edirlər

Cəbhədə son durum: Ağdərə və Tərtər istiqamətində vəziyyət gərgindir - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.