"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər yenə İran ərazisini hədəf alır – ŞƏRH

04 Aprel 2016 - 12:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

22 il öncə Ermənistan silahlıları İslam respulikasının sərnişi təyyarəsini vurmuşdu

Ermənistanın Dağlıq Qarabağı işğal etməsi və Azərbaycanın bu torpaqlarındakı özbaşınalığından İrana da ziyan dəyir.

“Report”un İran KİV-inə istinadən məlumatına görə, ötən gün Ermənistanın atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsindəki kəndə düşüb. Hadisə nəticəsində yaralanan və ölən olmayıb.

Şərqi Azərbaycan əyaləti valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Səid Şəbüstəri hadisə ilə bağlı Azərbaycan və Ermənistan tərəfə müraciət etdiklərini bildirib.

Xatırladaq ki, bu Ermənistanın qonşu İrana qarşı ilk təcavüzkar addımı deyil.

1994-cü il martın 17-də Ermənistan silahlıları İslam Respublikasının Rusiyadakı səfirliyinin əməkdaşlarının olduğu “Herkules C-130” hərbi nəqliyyat təyyarəsini Xankəndi səmasında vurmuşdu. Yerevanın bu terror əməli nəticəsində 9 uşaq olmaqla 19 sərnişin və 13 nəfərdən ibarət heyət üzvü həyatını itirmişdi.

O vaxt İran mütəxəssislərinin keçirdiyi ekspertiza təyyarənin raketlə vurulduğunu təsdiqləmişdi.

Bunun ardınca Azərbaycan tərəfi də erməni silahlılarının qəza ilə bağlı radiostansiya danışıqlarını yaydı. Məlum oldu ki, ermənilər həmin təyyarənin Azərbaycana məxsus olduğunu güman edərək, vurub. Həmin danışıqda ermənilər belə demişdi: “Biz bir neçə dəqiqə əvvəl Azərbaycana məxsus təyyarəni vurduq”.

Hadisədən sonra İranın o vaxtkı prezidenti Ələkbər Haşimi-Rəfsəncani Ermənistan hakimiyyətindən günahkarların tapılaraq cəzalandırılmasını tələb etmişdi. Ancaq həmin hadisədən 22 il ötməsinə baxmayaraq, Ermənistan tərəfi həmin tələblə bağlı heç bir addım atmayıb.

Qeyd edək ki, son günlər Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində gərginliyin artırması Türkiyə, İran və Gürcüstanın təbii narahatlığına səbəb olub.

Hadisədən sonra hər üç dövlətin hərbi qurumları vəziyyətlə bağlı çıxışlar edib, atəşi dayandırmağa çağırıblar.

İranın müdafiə naziri Hüseyn Dehkan Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefon danışığı zamanı münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu söyləyərək, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və respublikaya hər cür dəstək verməkdən çəkinmədiklərini bildirib.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı ölkəsinin xarici işlər nazirləri, güc strukturlarının başçıları ilə görüşüb. Hökumət başçısı Azərbaycanın işğal olunan ərazisində gərginliyin artmasından narahatlığını vurğulayıb.

Rəsmi Tbilisinin Gürcüstan vətəndaşı olan ermənilərin xarici havadarlarının yardımı ilə yeni problem yarada biləcəyindən narahat olduğunu da ehtimal etmək olar. Çünki qərbə meyilliyi səbəbindən Gürcüstanın ərazi bütövlüyü pozulub.

Onu da qeyd edək ki, gürcüstanlı siyasi və ictimai xadimlər ermənilərin Cənub Qafqazdakı pozuculuq fəaliyyətindən narahatlıqlarını davamlı olaraq, bəyan edirlər.

Bu hadisələr onu göstərir ki, perspektivdə Ermənistan yalnız Azərbaycana deyil, İran, Gürcüstan və Türkiyəyə də problem yaradacaq.

Onun ilkin görüntüləri isə erməni silahlılarının İran təyyarəsini vurması, ərazisinə top mərmilərinin düşməsi ilə müşahidə edilməkdədir. Göyərtəsində mülki şəxslər olan vurulan təyyarənin və düşən top mərmilərinin ilk və son olacağına isə təminat yoxdur. Onu da qeyd etmək lazımdır ki, ermənilər Azərbaycanla yanaşı İran, Türkiyə, Gürcüstana qarşı da torpaq iddiası irəli sürməkdədir.

share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərkəzi Bank dollar alışına başlayır

Next Post

Sabah yağış yağacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sabah yağış yağacaq

KİV: Ermənistan KTMT üzrə müttəfiqləri tərəfindən əzildi və alçaldıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.