Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupu ölkələrinin İrəvandakə səfirləri ilə görüş keçirir.
Bu barədə “Twitter” hesabında prezidentin mətbuat xidmətinin rəhbəri Narek Nikosyan məlumat yayıb.
Azərbaycanın cəbhə xəttindəki böyük qələbəsindən təşvişə düşən erməni prezidentin səfirlərlə görüşünün detalları açıqlanmır.
İlkin məlumata görə, görüşdə Dağlıq Qarabağ bölgəsindəki mövcud vəziyyət müzakirə olunur.
Sarksiyan görüş zamanı səfirlərə Ermənistanın atəşkəs rejiminin bərpa olunmasını istədiyini bildirib.
Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.




