Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün axşam saatlarında erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.
Bu barədə RİA Novosti saytı məlumat yayıb.
İlkin məlumata görə, zərbələr nəticəsində 6 erməni ölüb.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan xəbəri təsdiq edərək bildirib ki, könüllülər arasında tələfat var. Ovanisyan ölü sayını dəqiq açıqlamayıb.
KİV-lərin məlumatına görə Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü “Sünik batalyonu”nun yaraqlıları olub. Avtobusda habelə Ermənistanın iki kənd icma başçısı (“starosta”) gedirmiş.




